Fizuli Məmmədovun yeddi yalanı və bir həqiqəti - YAZI
Bəzi saytlarda "İnter” in əvəzedici komandasının baş məşqçisi Fizuli Məmmədovun "incə məqamlarla” dolu müsahibələrini oxudum. İdman kanallarında Zidanın və Ançelottinin səhvlərindən danışan Füzuli Məmmədovun məqsədi klubun yeni rəhbərliyinə yanlış məlumat verməkdi. Təsəvvür edirsinizmi, bir abzasda 7 səhv buraxan Fizuli Məmmədov kimləri aldatmağa cəhd göstərir! Jurnalist olaraq bizim vəzifəmiz isə o yalanları ifşa etməkdir.
1-ci yalan. Müsahibədə "İnter” əvəzedicilər komandasının 4-cü yerdə olduğu söylənilir. Yalandı. İlk dördlüyə "Qəbələ”, "Qarabağ”, "Neftçi” və "Zirə” daxildir, "İnter” autsayderlər dördlüyündə yer alır. (PFL.az).
2-ci yalan. F.Məmmədov: "İstedadsız, gələcək vəd etməyən oyunçularla istər-istəməz ayrıldıq. Onlardan biri də hazırda digər komandalarda çıxış etmir, bunun özü faktdır və onu göstərir ki, verdiyim qərar səhv olmayıb”.
F.Məmmədovun yalanlarına yalnız faktlarla cavab verəcəm. "İnter”dən ayrılan futbolçulardan Camal Camalov və Fəhmin Hüseynli hazırda bir pillə "İnter”dən üstün olan "Zirə” komandasında, 10-cu turda "İnter”ə qələbə qolunu vuran Süleyman Əhmədov "Sumqayıt”ın əsas heyətində, bir futbolçu "Şərursporda”, Təmraz Əmircanov "Azal”da çıxış edir. "Azal”ın əvəzediciləri sonunca yerdə olsa da, "İnter Arena”da F.Məmmədovun kollektivinə 2 cavabsız top vurub. Hazırda "İnter”in əvəzedicilərindən göndərilən bir futbolçu isə Rusiyanın Premyer Liqa komandasının əvəzedicilər heyətinə baxışdan keçmək üçün rəsmi dəvət alıb. Yəni, "İnter”dən özü gedən və ya F.Məmmədov tərəfindən kənarlaşdırılan futbolçuların hamısı daha əlverişli şərtlərlə digər klublarda öz layiqli yerlərini tapıb.
3-cü yalan. F. Məmmədov: "...mən yeni gələndə komandada potensialsız futbolçu çox idi”. Xatırladım ki, F.Məmmədovun ponensialsız adlandırdığı futbolçular iki qat Azərbaycan çempionudur və qızıl medal qazandıqları sezonların birində rəqib qapısına 99 qol vurmuşlar! 99 qol! İndiki "İnter”in turnir cədvəlindəki statiskasının dinamikasından belə çıxır, 14 oyuna cəmi 9 qol vuran komandanın məşqçisi F.Məmmədov gərək 6 il "İnter”də çalışsın ki, bu nəticəni əldə edə bilsin. Bu məsələnin bir də etik tərəfi var. Füzuli Məmmədov sələfi Rüstəm Əliyevin(hazırda əsas komandada Zaur Svanadzenin köməkçisi) bostanına daş atır. Rüstəm Əliyev yaşça F.Məmmədovdan kiçik olsa da, həm məşqçi olaraq, həm insani keyfiyyətlərə, davranışına görə mənim fikrimcə F.Məmmədovdan üstündür. Fizuli Məmmədov mətbuatdan oxuduğumuz kimi tez-tez futbolçularına biədəb sözlər sərf edir, həm də məşədi ola-ola.
4-cü yalan. F.Məmmədov Murad Qayalını Qazaxın "Göyəzən” komandasından xahiş-minnətlə gətirdiyini deyir. Yalandı. Əslən ağstafalı olan bu futbolcu "Qəbələ” akademiyasının yetirməsidir.
5-ci yalan. F.Məmmədov: "1996-cı il yaş qrupunda ən perspektivli futbolçu Ürfan İsmayılovu gətirdik”. 2017-ci ilə qədəm qoymuşuq. 1996-cı yaş qrupu adlanan bir anlayış varmı Azərbaycanda? Görünür, Füzuli bəy Azərbaycan çempionatını "Sabahın ulduzları” turniri ilə qarışdırır. F. Məmmədov, həmin futbolçunu "alman rəhbərimiz Yohan Engbrext şəxsi pulu ilə 10 min manata "Zirə”dən aldı” deyir. Füzuli Məmmədov çalışdığı klub adına bu utancverici faktı necə də fəxrlə dilinə gətirir. Yəni, "İnter” klubu və Beynəlxalq Bank o qədər acizdirlər ki, bir fiziki şəxsin puluna möhtac qalıb.
6-cı yalan. F.Məmmədov 18-19 yaşlarında futbolçulardan danışarkən bəzilərinə perspektivsiz deyir, bəziləri haqqında isə böyük futbolçü olacaqlarına dair təminat verir. Nə qədər yanlış. Nə qədər qeyri-peşəkar yanaşma! Yenə futbol tarixində mövcud olan faktlara istinad edim. Xorvatiya yığmasının üzvü Dado Prşo 21 yaşına qədər avtomexanik, Miroslav Klose 20 yaşına qədər kərpic ustası, "Uotford”un keçmiş kapitanı Cey Demerit 22 yaşına qədər barmen, "Milan”ın ulduz forvardı Karlos Bakka 21 yaşına qədər sürücü olub. Bu siyahı davam edir.
İndi isə əksini təsdiq edən başqa faktlar. 2003 ilin Avropa çempionu olan İtaliyanın U-19 milli komandasının 18 futbolçusundan cəmi 7-si karyeralarını davam etmiş, 11 nəfər isə tamamən futbolundan gedib. Diqqət edin, söhbət Avropa çempionlarından gedir! F.Məmmədov isə Qranatkin turnirində 9-cu yeri tutan futbolçuların gələcəkdə peşəkar futbolçu olacaqlarına dair "əminəm” deyir. Mən də istərdim ki, Füzuli bəy yanılmasın, amma olmur, çünki Azərbaycan futbolunun reallıqları hər kəsə məlumdur.
7-cı yalan. F.Məmmədov 6 ay ərzində keçirdiyi 3 təlim-məşq toplanışına baxmayaraq "İnter” üçün biabırçı 5-ci yerdə olduğunu bu cür izah edir: "...Rəqiblərin bizimlə oyunlarının taleyini əsas komandadan əvəzedici heyətə göndərilən futbolçular həll edirlər” və turnir cədvəlində ilk üçlükdə qərarlaşan "Qarabağ”la, "Qəbələ”ni misal göstərir. Yenə faktlara və statistikaya istinad edək. "İnter”in əvəzedicilərinin heyətində müntəzəm olaraq əsas komandadan Elnur Abdullayev (1 qol), Sərtan Taşkın (2 qol), Şahin Zəkiyev, Abbas Hüseynov, Slavik Alxasov, Məhəmməd Quliyev, Pərdis Fərcad-Azad kimi futbolçular daim yer alır.
Müsahibəsində F.Məmmədovun tək yalan danışmayıb, həqiqətidə söyləyib. "İnter” əvəzedicilər komandasının müdafiəçisi Cabir Əmirli haqqında F. Məmmədov: "O məndən güclü futbolçudur” deyə vurğulayıb. Bəli, bu həqiqətdir. Məmmədov deyir: "Cabiri saxlaya biləcək futbolçu ancaq Premyer Liqada ola bilər”. Çox maraqlıdır onda bu futbolçunun əvəzedici heyətdə nə işi var? Və transfer qadağası olan "İnter” komandası belə lazımlı futbolçunu niyə əsas heyətdə meydana buraxmır? Axı, məşqçi bildirir ki, o saxlaya biləcək futbolçu ancaq "Qəbələ”nin, "Qarabağ”ın və digər klublarımızın üzvləri ola bilər. Demək ki, Zaur Svanadze bunu görmür, baxmayaraq ki, əvəzedicilərin bütün ev oyunlarını izləyir...
Adil İmdadoğlu
Biz İzləyin
REKLAM
Paylaşın
Xəbər lenti
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |