Ramil Şeydayev "Trabzonspor"da qalmaqal yaratdı
Türkiyənin "Trabzonspor" klubunda uğursuz transferlərin səbəbkarları müəyyənləşib.
Sportfm.az report-a istinadən xəbər verir ki, komandanın Super Liqada 12 oyuna 12 xalla 14-cü pillədə yer almasında mövsümün əvvəlində qurulan skaut heyəti günahkar sayılıb. Ötən tur "Trabzonspor" 10 oyunçu ilə qalan "Gənclərbirliyi"ni yenə bilməyib - 0:0. Bundan sonra klubun prezidenti Muharrem Usta baş məşqçi Ersun Yanalla görüşüb. Müzakirələrdən sonra yayda alınmış futbolçuların lazımi səviyyədə hazırlıqlı olmadıqları qənaətinə gəlinib.
Mövsümün əvvəlində qurulan və Nevzat Aydının rəhbərlik etdiyi 15 nəfərlik skaut heyəti uğursuzluğun səbəbkarı sayılıb. Heyətdə türklərlə yanaşı, Rusiya, Yunanıstan və Fransadan da üzvlər yer alıb. Klub onların fəaliyyəti üçün 300 min avro büdcə ayırsa da, indiyədək ikiqat artıq vəsait xərclənib. Skautların istəyilə alınan 5 futbolçudan biri Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev olub. Amma o, Super Liqa matçlarında meydana çıxmayıb, ölkə kubokunda isə 2 oyunda forma geyinib.
Uğursuz nəticələrdən sonra skaut heyəti tərkibinin 4-5 nəfərədək endiriləcəyi və onun Yanala tabe olacağı bildirilir. Kluba tezliklə ulduz futbolçu transfer olunmasına qərar verilib.
Qeyd edək ki, yayda Rusiya "Zenit"indən transfer edilmiş Ramil Şeydayevin qış transfer dövründə "Trabzonspor"dan ayrılacağı gözlənilir.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |