"Tovuz stadionuna Sakit Alıyevin adı verilsin"... TƏKLİF
Qol.az-dan olan həmkarlarımız "Turan”nın sabiq məşqçisi, mərhum Sakit Alıyevin yaxın dostlarından olmuş Fikrət Məmmədovla söhbətləşib. Məmmədov Sakit Alıyev barəsində xatirələrini bölüşüb və maraqlı təklif irəli sürüb:
"Sakitin adını yaşatmaq üçün Tovuz şəhər stadionuna onun adının verilməsi çox gözəl olardı. Sakit Tovuz futbolu üçün çox iş görüb. O, bəlkə də vaxtında başqa klublardan, Bakıdan gələn təklifləri qəbul edib getsəydi, daha da çox tanınar, qabağa gedərdi. Lakin bunların heç birini etmədi. Çünki Tovuza bağlı insan idi. Bütün təklifləri geri çevirib Tovuzda oynamağa üstünlük verdi. "Turan”ı da çox sevirdi. Komandanın son zamanlar düşdüyü durum ona çox pis təsir etmişdi. Xüsusilə də komanda I diviziona düşəndə və adı dəyişdiriləndə. "Turan”ın adının dəyişdirilməsini heç cürə qəbul edə bilmirdi. Deyirdi ki, bu necə ola bilər? Biz axı ölməmişik ki, "Turan”ın adını dəyişələr. İnanın ki, komadanın adının dəyişdirilməsindən sonra onun səhhəti daha da pisləşdi. Hətta mən deyərdim ki, bunun 50 faizinin səbəbi elə bu məsələ oldu. Bəlkə də "Turan” adı, Tovuz futbolu yenidən futbol elitamıza qayıtsa, onun da ruhu şad olar. Bundan başqa, mən də, bir qrup tovuzlu da çox istəyirik ki, Tovuz stadionuna da Sakit Alıyevin adı verilsin. Onsuz da hazırda o stadion heç kimin adını daşımır. Elə qoy, Sakitin adını daşısın. Bizdə tanınmış aşıq olub Əkbər Cəfərov. Hazırda rayondakı Mədəniyyət Evi onun adını daşıyır. Hamı da bunu çox yaxşı qəbul edir. Bu mənada stadiona da Sakitin adının verilməsi çox yerinə düşərdi”.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |