“Niyə də yox?”... YAZI
"Niyə də yox?”... Bu, 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində mübarizə aparan milli komandamızın şüarıdır. Artıq C qrupunda 3 oyun arxada qalıb. Millimiz 7 xal toplayaraq qrupda 2-ci pillədə qərarlaşıb. İki qələbə, bir heç-heçə və qapısını da toxunulmaz saxlayıb. Etiraf edək ki, son bir neçə ilə kimi bütövlükdə Azərbaycan idmanının inkişaf tempi ilə ölkəmizdə futbolun mövcud tərəqqisi arasında tərsmütənasiblik vardı. Başqa sözlə, futbolun inkişaf göstəriciləri ölkənin indiki yüksəliş tempindən nəzərəçarpacaq dərəcədə geridə qalırdı. Artıq son illərdə bu istiqamətdə də ciddi irəliləyişlər nəzərə çarpır. Bunun ən real nümunəsi isə "Qarabağ” və "Qəbələ” klublarımızın avrokubokların qrup mərhələsində davamlı çıxış etməsi və nəhayət, bu sikldən etibarən yığma komandamızın uğurlu nəticələrə imza atmasıdır. Ümumiyyətlə, milli komandamız son 20 ildə 9 baş məşqçi dəyişib. Öz postunda ən uzun müddət qalan isə 2014-cü ilin oktyabr ayında millimizin sükanı arxasından istefa verən almaniyalı Berti Foqts olub. Almaniyalı çalışdırıcını Robert Prosineçki əvəzləyib. Xorvatiyalı baş məşqçilik postuna təyin edildikdə, AFFA rəhbərliyi "ən yaxşı məşqçi” olacağını vəd etdi və onun gəlişi ilə "Azərbaycan futbolunda böyük dəyişikliklər başlayacaq” qənaətində oldu. Həqiqətən də bugünkü nəticələrə baxaraq müsbət mənada dəyişikliklərin baş verdiyini deyə bilərik. Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində C qrupunda srağagün keçirilən matçda səfərdə Çexiya ilə qolsuz heç-heçə oynadı. Qrupda ilk 2 oyunda bir məğlubiyyət və bir heç-heçəsi olan çexlər bu görüşə yalnız qələbə üçün çıxdıqlarını ilk diqqələrdə nümayiş etdirdikləri oyunla göstərdilər. Sevindirici haldır ki, rəqibin cinahlardan qurduğu hücumlarda müdafiəçilərimiz və qapıçımız sayıqlığı itirmədi. Yığmamız müdafiə olunur, əks-hücumlarda təhlükəli epizodlar yaratmağa çalışırdı. Futbolçularımız tam olmasa da, qarşılaşmanın müəyyən hissələrində bunun öhdəsindən gəlməyə səy göstərdilər. Onu da əlavə edək ki, səfərdən xal qazanmağımızda qapıçımız Kamran Ağayevin və rəqib futbolçuların son vuruşlarda qeyri-səlis olmaları böyük rol oynadı. Hər halda, necə deyərlər, tarixdə nəticə qalır. Bunu da futbolçularımız hələ ki son 3 oyunda etməyi bacardılar. Qarşıdakı matçlarda isə nələrin olacağını yaşayıb görərik. C qrupunda ilk 3 oyunda əldə edilən 7 xal ölkəmizdə futbol ictimaiyyətində böyük ümidlər yaradıb. Sosial şəbəkələrdə, ictimai yerlərdə "Hazırlaşın, 2018-ci ildə millimizi dəstəkləmək üçün Rusiyaya gedirik " fikirlərinə daha tez-tez rast gəlmək olar. Hər halda, həmişə iştirak etdiyi seçmə mərhələlərdə autsayder kimi qələmə verilən və hər bir yığmanın potensial 6 xal kimi dəyərləndirdiyi komanda bu gün ciddi rəqib kimi qəbul edilməyə başlayıb. Düzdür, qarşıda 7 oyun var. Futbolçularımızı güclü Şimali İrlandiya, Almaniya, eləcə də, Norveç və Çexiya yığmaları ilə çətin qarşılaşmalar gözləyir. Bu gün qrupda 2-ci pillədə qərarlaşmağımıza görə futbolçularımızı qəhrəman kimi dəyərləndirməyimiz hələ tezdir. Bu, inamla yanaşı arxayınçılıq da yarada bilər. Növbəti matçlarda bu nəticələrin davamını gətirmək üçün səhvlərə diqqət yetirməli, daha çox çalışaraq əldə edilən nailiyyətləri artırmaq gərəkdir. Əks halda, bəslənilən ümidlər puç olar. Ümid edək ki, komandamız uğurlu çıxışını davam etdirərək müstəqil Azərbaycanın futbol tarixində böyük bir ilkə imzasını atacaq. Çünki futbolun inkişafına göstərilən yüksək diqqət və qayğı ölkəmizdə artıq bu idman növündə də böyük uğurlar qazanmaq zərurətini ortaya qoyur. Bunun üçün çox yaxşı fürsət var. Niyə də yox?...
Elçin CƏFƏROV, "Azərbaycan” qəzeti
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Türkiyəyə 9 idmançı ilə yollanırıq - Böyük Dəbilqə 28.03.2024, 09:50
"Kəpəz" Bakıdakı "Qarabağ"la oyununa bilet satılır 28.03.2024, 09:30
"Borussiya" Vetyenlə peşəkar müqavilə imzaladı 27.03.2024, 23:22
Rusiyanın idmançıları olimpiadadan imtina etdi 27.03.2024, 21:07
"Qalatasaray", "Beşiktaş"ın futbolçuları millimizdə - SİYAHI 27.03.2024, 20:13
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |