Rio-2016: Azərbaycanın daha üç lisenziyası əlindən alındı
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına yollanmaq şansını itirib. Apasport.az saytının məlumatına görə, buna Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) komandamızın bütün lisenziyalarını ləğv etməsi səbəb olub.
IWF az öncə 1 kişi, həmçinin "wild card”a ümid etdiyimiz, lakin rəsmən almadığımız 1 qadın idmançımızın vəsiqəsini ləğv etmişdi. Buna səbəb isə Hyustonda keçirilən dünya çempionatı zamanı 6 ağırlıqqaldıran - Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun qanından götürülən analizin müsbət nəticə verməsi idi. Diskvalifikasiyaya məruz qaldıqlarından onların 2015-ci il dünya çempionatında topladığı xallar da millimizin hesabından silinib.
Nəticədə 2 dünya çempionatının yekununa əsasən 135 xalla 16-cı yerdə olan komandamız 31-ci pilləyə enib. Yığmamızın hesabından isə 83 xal çıxılıb. Bu da o deməkdi ki, ağırlıqqaldıranlarımızın Rio arzuları puç olub.
Millimizin son 2 dünya çempionatındakı çıxışının nəticəsinə əsasən 4 lisenziya ilə Olimpiadaya yollanması gözlənilsə də, yekunda 1 atletimiz belə Braziliyaya getməyəcək.
Bununla, indiyədək Rioya 56 lisenziya qazanan Azərbaycan yığmasının daha 3 lisenziyası əlindən alınıb.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 9-da keçirəcəyi iclasda London-2012-də orqanizmindən götürülən analizin təkrar yoxlanışı zamanı müsbət nəticə verən Boyanka Kostova ilə bağlı da qərarını açıqlayacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |