Çempionumuz barəsində cinayət işi başlandı
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina barəsində cinayət işi başlanılıb.
Sportfm.az xəbər verir ki, faktla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib. Şubina barəsində hansı qərarın veriləcəyi ekspertiza rəyindən sonra məlum olacaq.
Hadisə iyulun 20-də Yasamal rayonunda baş verib. Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı Honda CR-V markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Şubina Lyudmila Yeqorovna idarəetməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ü. Məmmədova bir neçə gündən sonra xəstəxanada ölüb, oğlu isə evə buraxılıb.
Qeyd edək ki, Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarında həndbol üzrə çempionu olub. (apa)
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |