Karateçilərimiz Avropa çempionatında 4 medal qazandılar
Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və Gənclərin növbəti Avropa çempionatının son yarış günü daha 2 medal qazandılar.
Sportfm.az xəbər verir ki, İrina Zaretska (21 yaşadək idmançılar, -61 kq, şəxsi məşqçisi Denis Morozov) Avropa çempionu, Asya Məlikova isə (21 yaşadək idmançılar, -50 kq, şəxsi məşqçisi Anar Allahverdiyev) gümüş medala sahib oldu. Onlardan əvvəl Murad Hacızadə (16-17 yaş gənclərdə +76 kq, şəxsi məşqçisi Rafael Məmmədov) və Ayla Rzazadə (14-15 yaşlı yeniyetmələr, -54 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medal qazandı.
Fidan Teymurova (16-17 yaşlı gənclər, -48kq), Həsən Əliyev (16-17 yaşlı gənclər, -55 kq) və Elcan Məmmədrzayev (21 yaşadək idmançılar, -60kq) bürünc medal uğrunda həlledici görüşlərdə məğlub olublar. Ceyhun İsmayılov (14-15 yaşlı yeniyetmələr, kata), Tale və Tural Yaqubov qardaşları (müvafiq olaraq 14-15 yaşlı yeniyetmələr, -52 kq və -63 kq) 7-ci olublar.
Bu nəticə ilə Azərbaycan medal qazana bilən 34 ölkə arasında 13-cü yeri tutub. 14-15 yaşlı yeniyetmələr arasında 44-cü, 16-17 gənclər və 21 yaşadək idmançılar arasında isə 9-cu Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edib. Yeniyetmə və gənclərin baş məşqçisi, əməkdar məşqçi Anar Allahveridyev, eləcə də 21 yaşadək idmançıların baş məşqçisi Şahin Xudaverdiyev komandadan daha yüksək nəticə gözləsələr də, yarış təcrübəsinin azlığı özünü göstərdi.
Bu rəsmi yarışın yaddaqalan məqamlarından biri də beynəlxlaq dərəcəli hakim Vüqar Kərimovun tatami menecerinin köməkçisi vəzifəsinə təyin edilməsi oldu. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə avropa çempionatında iştirak edən heyət ayın 21-də Bakıya qayıdacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
"Neftçi"nin legioneri sağaldı 28.03.2024, 12:35
Orxan Məmmədov federasiya rəsmiləri ilə görüşdü 28.03.2024, 12:00
Çempion böyükhesablı qələbə qazandı - Azərbaycan çempionatı 28.03.2024, 11:06
"Sabah" kubokda mübarizəni dayandırdı 28.03.2024, 10:01
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |