"Synergy Baku" dünya reytinqində 4-cü oldu
Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental velosiped komandası 2016-cı ildə keçirilən yarışlarda əldə etdiyi nəticələrə əsasən, planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb.
Maraqlıdır ki, bu reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. 2016-cı ildə beynəlxalq yarışlarda Çin Xalq Respublikasının 11, Yaponiya və ABŞ-ın 10, Danimarka, Almaniya və Hollandiyanın isə 7 kontinental komandası iştirak edib ki, onlardan yalnız Belçikanın 3 klubu reytinq sıralanmasında "Synergy Baku"nu qabaqlaya bilib. Yəni, ölkələr üzrə götürəndə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb.
2016-cı ildə "Synergy Baku" iştirak etdiyi 4 qitə yarışında - "Tour of Croatia", "Tour d’Azerbaïdjan", "Tour of Serbia" və "Tour of Szeklerland" (Rumıniya) yarışlarında komanda hesabında çempion adını qazanıb. Komandamızın təmsilçiləri il ərzində mübarizə apardıqları yarışlarda 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər.
Bir məqamı da vurğulamaq lazımdır ki, 176 kontinental və 23 pro-kontinental komandanın birgə açıqlanan reytinqində "Synergy Baku" hətta səviyyəcə özündən bir pillə yüksəkdə olan 9 pro-kontinental, yəni peşəkar qitə klubunu da geridə qoyub.
Velosipedçilərimizin il ərzində əldə etdikləri nəticələr təkcə bununla yekunlaşmayıb. Qadın velosipedçimiz Yelena Pavluxina Çexiyada keçirilən "Gracia Orlova" yürüşünün qalibi olmaqla yanaşı, Çində təşkil olunan Dünya Turu yarışında və Avropa çempionatının fərdi ötüşmə növündə 9-cu yeri tutub.
Trek velosipedçimiz Sergey Omelçenkonun Avropa çempionatında bu idmanın keyrin növündə 9-ci yeri tutması da ilin yadda qalan hadisələri sırasındadır.
2016-cı ilin önəmli hadisələrindən biri də ölkəmizin tarixində ilk dəfə olaraq velosipedçilərimizin Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanması olub.
Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində özünəməxsus yer tutmuş "Tour d’Azerbaïdjan" veloyürüşü də başa şatmaqda olan ilin əsas idman yarışlarından biri kimi tarixin yaddaşına həkk olunub. 18 ölkədən 6-sı peşəkar kontinental olmaqla 21 komandanın mübarizə apardığı veloturda velospiedçilər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 km-dən çox məsafə qət edib. "Synergy Baku" isə 5 mərhələdən 2-sində qalib olub, eləcə də ötən il olduğu kimi, bu dəfə də komanda hesabında 1-ci yeri tutmaqla azarkeşlərə sevinc dolu anlar bəxş edib.
Ölkəmizin bütün telekanallarında, habelə Eurosport kanalında 6 gün dalbadal yayımlanan bu yarış çox maraqlı bir idman hadisəsi kimi yadda qalmaqla bərabər, həm də Azərbaycanın turizm potensialının bütün dünyaya tanıtdırılmasına da mühüm töhvə olub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |