Azərbaycan atletləri idmanın hansı növlərində mübarizə aparacaqlar?
Bu gün Belarusun paytaxtı Minskdə start götürən ikinci Avropa Oyunlarında Azərbaycan 82 idmançı ilə təmsil olunur.
Sportfm.az xəbər verir ki, idmançılarımız boks, cüdo, güləş, karate, bədii gimnastika, akrobatika, batut gimnastikası, sambo, stend atıcılığı, güllə atıcılığı, badminton, velosiped idmanı, kanoe yarışlarında mübarizəyə qoşulublar.
Oyunların boks yarışlarının, həm də Avropa çempionatı statusunu daşıdığından onun əhəmiyyəti daha da artır. Ümumilikdə 316 boksçunun qatılacağı yarışda kişilər 10, qadınlar 5 çəki dərəcəsində 15 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı kişilərin yarışında 10, qadınların mübarizəsində isə 1 idmançı təmsil edir. Kişi boksçularımızdan Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rahil Məmmədli (91 kq), Məhəmməd Abdullayev (+91 kq), qadın dəri əlcək ustalarımızdan isə Məryəm Cəbrayılova (69 kq) Minskə yollanıb.
Qeyd edək ki, boksçularımızdan Tayfur Əliyev Oyunların birinci günündə qələbə qazanıb. Rahil Məmmədli və Məhəmməd Abdullayev isə ilk görüşdə uduzublar.
“Minsk-2019”un cüdo yarışları da qitə çempionatı statusu daşıyır. Cüdo yarışlarında Avropa ölkələrindən 400 atlet 14 çəki dərəcəsində mübarizə aparacaq. Ölkəmizi idmanın bu növü üzrə 15 idmançı təmsil edir. Altı çəki dərəcəsi üzrə 9, 5 çəki dərəcəsi üzrə isə 6 cüdoçumuz gücünü sınayacaq. Kişi cüdoçularımızdan Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) qadın idmanıçılarımızdan isə Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorlo Munxtsedev, Aleksandra-Larisa Florian (hər ikisi 57 kq), Nuriyyə Axundova (63 kq), İrina Kindzerska (+78 kq) medallar uğrunda yarışacaqlar.
İkinci Avropa Oyunlarının güləş yarışlarında ümumilikdə 300-ə yaxın idmançı qələbə qazanmağa çalışacaq. “Minsk 2019”da sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda 16 pəhləvanımız mübarizə aparacaq. Sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Camaləddin Maqomedov (125 kq), Aleksandr Qostiyev (86 kq), Nurmaqomed Qadjiyev (97 kq) xalça üzərinə çıxacaqlar. Yunan-Roma güləşçilərimizdən Sakit Quliyev (60 kq), Kərim Cafərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq) mübarizə aparacaq. Qadın pəhləvanlarımızdan isə Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbinə Əliyeva (76 kq) mübarizəyə qoşulublar.
“Minsk 2019”da qadın və kişi samboçular 9 çəki dərəcəsi üzrə 18 dəst medal uğrunda mübarizə aparacaqlar. Bu yarışda kişi idmançılarımızdan Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq), qadınlardan isə Gözəl Zutova (74 kq) qüvvələrini sınayacaqlar.
İkinci Avropa Oyunlarında qadın və kişi karateçilər 6 çəki dərəcəsində 12 dəst medal uğrunda yarışacaqlar. Bu mübarizə Azərbaycan 7 karateçi - Roman Heydərov (kata), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq) ilə təmsil olunur.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. "Bakı 2015”də komanda hesabında aktivində 164 medal olan Rusiya millisi birinci yeri tutub. Rusiyalı idmançılar 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) komanda hesabında ikinci yeri tutub. Birinci Avropa Oyunlarında Belarus yığması 43 medalla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |