Olimpiyaçılarımız coşqu ilə qarşılandı - FOTOLAR
XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları avqustun 23-də vətənə qayıdıblar. Sportfm.az xəbər verir ki, qarşılanma mərasimində gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib ki, idmançılarımız Rio Olimpiadasında Azərbaycanın idman tarixinə yeni bir səhifə yazıblar. Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı və azarkeşləri sevindirəcəklər.
Nazir bildirib ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman dövləti olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib". "Rio-2016"da Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması müstəqil ölkəmizin təbliğatı baxımından mühüm hadisə idi.
Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısıdır. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışları üzrə 3 hakimlə də təmsil olunub. "Rio-2016” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilib.
Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanıblar. Komandamızın hesabına qızıl medalı taekvondoçu Radik İsayev yazdırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Taekvondo yarışlarında Milad Beigi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər. Azərbaycanın olimpiya yığması bu göstərici ilə 207 ölkə arasında 39-cu olub. Azərbaycan medal sayına görə, 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. Bu nəticəyə görə respublikamız islam, türk və Qafqaz ölkələri arasında lider olub. Həmçinin idmançı sayının qazanılan medallara nisbətinə görə Azərbaycan Olimpiadanın lider dövlətlərindən olub. Azərbaycan ilk dəfə taekvondo və avarçəkmə yarışlarında medal, boksçuların mübarizəsində isə ilk dəfə finala vəsiqə qazanıb.
Bu Olimpiaya Oyunları özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilib. Belə ki, bu Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunlarıdır. Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. XXXI Olimpiadada rekord sayda - 207 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb. 207 iştirakçı ölkədən başqa, Olimpiadada qaçqın idmançılar komandası da mübarizəyə qoşulub. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer alıb. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Konqo Demokratik Respublikasından, 1-i isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparan atlet Etimoni Timuani ilə qatılıb. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış edib.
Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparıblar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |