Rio-2016: Bu gün 7 idmançımız mübarizə aparacaq
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 7 idmançısı mübarizə aparacaq. Sportfm.az xəbər verir ki, ilk olaraq, 100 kq. çəki dərəcəsində cüdoçu Elmar Qasımov tatami üzərinə çıxacaq. 26 yaşlı idmançının 1/16 finaldakı rəqibi rusiyalı Avropa (2009), dünya (2011) və olimpiya çempionu (2012) Tahir Xaybulayev olacaq. Görüş Bakı vaxtı ilə saat 17:14-də başlanacaq.
Saat 20:00-da akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qoşaavarlı qayıqla 2000 metr məsafəyə "B" finalı (7-12-ci yerlər) yürüşünə qatılacaq. Onların rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqar Georgi Bojilov - Kristian Vasilev cütlükləri olacaq.
Saat 00:30-dan etibarən Azərbaycanın 4 boksçusu rinqə çıxacaq. Əvvəlcə dünya çempionu Cavid Çələbiyev (56 kq) qazaxıstanlı Kayrat Yeraliyevlə 1/16 final döyüşündə üz-üzə gələcək. Qalib boksçu növbəti mərhələdə - avqustun 15-nə keçən gecə saat 01:15-də özbəkistanlı Murodjon Axmadaliyevlə qarşılaşacaq.
Saat 00:45-də Lorentso Sotomayorla (64 kq) ukraynalı Vladimir Matviyçuk arasında 1/16 final döyüşü keçiriləcək. Bu görüşün qalibi növbəti mərhələdə Jonas Junias Jonas (Namibiya) - Hassan Amzil (Fransa) döyüşünün qalibi ilə qarşılaşacaq.
Saat 01:30-da Pərviz Bağırov (69 kq) 1/8 final görüşündə fransalı Süleyman Diop Sissoko ilə üz-üzə gələcək.
Nəhayət, saat 02:30-da Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) olimpiadada ikinci görüşünə çıxacaq. Onun 1/8 finaldakı rəqibi hollandiyalı Peter Müllenberq (Hollandiya) olacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |