Serbiyaya gedən yol Şəkidən başladı
Mayın 10-13-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşan milli komandamızın üzvləri Şəkidə təlim-məşq toplanışına başlayıblar.
Sportfm.az xəbər verir ki, hazırlıq bir həftə davam edəcək. Milli komandanın baş məşqçisi Şahin Xudaverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında hazırlıq qadınların böyük məşqçisi Anar Allahverdiyev, məşqçilər Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovla birgə gün ərzində üç dəfə keçirilir.
Bir həftəlik toplantında, həmçinin federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, idmançıların çıxışlarından hazırlanmış gündəlik xüsusi analitik məşğələlər nəzərdə tutulub. İdmançılar qitə çempionatına son hazırlığı mayın ilk günündən paytaxtdakı təlim-məşq bazasında keçəcək.
Milli komanda Serbiyada Avropa çempionatına mayın 8-də yollanacaq. Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcəklər.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |