Pxençxandakı media kəndində koreyalı jurnalist ölü tapıldı - Dəhşətli hadisə
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarının media kəndində KİV nümayəndələri Yaponiyanın yayım otaqlarından birində tərcüməçi kimi işləyən yerli jurnalisti ölmüş vəziyyətdə tapıblar.
Sportfm.az xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsinin nümayəndəsi Son Pek Yu məlumat yayıb.
"Bu, Yaponiyadan olan həmkarlarına köməklik göstərən koreyalı idi. Media kəndindəki otaq yoldaşı onu yuxudan oyatmaq istəyib, lakin məlum olub ki, o ölüb. Jurnalistin 55 yaşı var idi", - deyə nümayəndə bildirib.
Polis kişinin ölüm səbəblərinin araşdırılması məqsədi ilə araşdırmalara başlayıb.
Ölənin tanışlarının sözlərinə görə, ölümündən bir müddət əvvəl o, ürək ağrılarından şikayətlənib. (report.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |