"Turan Tovuz" mənim üçün çox doğmadır, nədən olmasın?! - MÜSAHİBƏ
"Zirə" Azərbaycan Premyer Liqasının son turunda Avroliqaya vəsiqə qazandı. Bir müddət öncə isə klubun vidalaşacağı futbolçuların adları müəyyənləşdi. Onların sırasında yarımmüdafiəçi Cavid Tağıyevin də adı var. Sportfm.az saytı futbolçunun karyerasını harada davam etdirəcəyi ilə maraqlandı.
- Son mövsümü "Zirə”nin heyətində keçirdin. Klub rəhbərliyi mövsümün sonunda səninlə "yollarını ayırdığını” açıqladı.
- Bu futboldur. Komandanın məşqçilər korpusu daha çox şans versəydi, fikrimcə daha yaxşı olardı. Avroliqada "Zirə”yə uğurlar arzulayıram.
- Yəqin ki, təkliflər var.
- Bir neçə klubdan təklif var, yəqin ki, 4-5 günə hər şeyə aydınlıq gələcək. Götür-qoy etmək üçün vaxtım var. Hələ ki, gözləyirəm.
- Sənə doğma olan "Turan Tovuz” Birinci Divizionda qızıl medalları qazandı. Komanda sponsor tapacağı halda, Premyer Liqada çıxış edə bilər. Tovuz klubu sənin keçidində maraqlı olsa, qərb təmsilçisinə yollanarsan?
- Futbolda hər bir vəziyyətə hazır olmalısan. Bəzi məsələləri fikirləşib sonra qərar vermək lazımdır. "Turan Tovuz” mənim üçün çox doğmadır, onların Premyer Liqada çıxış etməsinə çox sevinərəm, nədən olmasın?!
- "Zirə"dən öncə "Qarabağ"ın formasını geyinmisən, ora dönmək ehtimalın varmı?
- Hər bir futbolçu medallar uğrunda mübarizə aparan komandanın şərəfini qorumaq istəyər. "Qarabağ”dan mənə təklif gəlməyib, düşünürəm ki, hazırda elə bir ehtimal yoxdur.
- İndiyə qədər ölkə xaricindən transfer təklifi almısan?
- Yox, belə bir şey olmayıb. Amma gələcəkdə xarici klublardan təklif gələrsə, gedib nəyə qadir olduğumu bilmək istəyirəm. Ümumiyyətlə, Avropada oynamaq əsas hədəflərimdən biridir.
Qeyd edək ki, karyerasına Tovuzun "Rote Fahne” klubunda başlayan Cavid Tağıyev "Zirə” və "Qarabağ”dan əlavə,"Turan” və AZAL komandalarının şərəfini qoruyub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Milli üzvləri ilə psixoloq işləyəcək 19.03.2024, 12:35
Almaniyada Dünya Kubokunda iştirak edəcəklər 19.03.2024, 12:28
Heç kim AFFA prezidenti olmaq istəmir! 19.03.2024, 11:47
Santuş gedir, Qurbanov gəlir - İddia 19.03.2024, 11:42
Yaponlar bizdən güclü oldu - Dünya Kuboku 19.03.2024, 10:19
Ronaldo meydana çıxmayacaq 19.03.2024, 10:15
"Turan"ın futbolçusu Meksikaya qarşı 19.03.2024, 09:48
“Bakı”nın məşqçisi cəzalandı 18.03.2024, 22:00
Cüdo hakimlərimiz Avropa Kubokunda 18.03.2024, 21:20
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |