Rusiyada çıxış edən gənc futbolçu:"Azərbaycanda olan münasibətdən bezmişdim" - ÖZƏL, VİDEO
Ölkəmiz müstəqillik qazandıqdan sonra yetişdirdiyimiz ən yaxşı futbolçulardan biri Rəşad Sadıqov hesab olunur. Uzun illərdir "Qarabağ” və yığmamızda stabil oyun nümayiş etdirən müdafiəçinin "yerini doldurmağın” mümkünsüz olduğunu belə söyləyənlər var. Bəs necə olur ki, 25 ildə yalnız 35 yaşlı Sadıqovu ortaya çıxaran Azərbaycan futbolu millimizdə oynayacaq başqa müdafiəçi tapa bilmir? Rusiyanın "Burevestnik” klubunun şərəfini qoruyan 17 yaşlı Riad Əliyevlə söhbətimiz zamanı məsələnin kökünün nə qədər dərin olduğu ortaya çıxdı.
- Məşqlərə 6 yaşında "Krılya Sovetov” klubunun uşaq komandasında başlamışam. Samara komandasının Moskva filialına yazıldım. Orada bir müddət məşq etdim. Sonra məşqçimiz məni özümdən bir yaş böyüklərin qrupuna daxil etdi. Təqribən 5 ilə yaxın bu komandanın heyətində çıxış etdim. Çox maraqlı məşqlərimiz vardı, çempionat maraqlı idi, tez-tez müxtəlif turnirlərdə iştirak edirdik.
- Sonra ailən Azərbaycana döndüyü üçün vətəndə çıxış etməli oldun. Bakıda hansı klubun heyətində məşq edirdin?
- Moskvadan buraya gələn kimi məşqlərə ara verməmək üçün "Bakı” FK-nın akademiyasına yollandım. Rusiyadan gəldiyimi, "Krılya Sovetov”da oynadığımı söylədim. Onlar məni yoxlamağa qərar verdilər. Və təsəvvür edirsiniz, məşq etmədən məni oyuna buraxdılar. 5 dəqiqə oynadıqdan sonra komandanın məşqçisi Asif Abbasov məni meydandan çıxardı və onlara lazım olmadığımı bildirdi. Şoka düşdüm, cəmi 5 dəqiqə ərzində mənim nəyə qadir olduğumu necə yoxlaya bilərdi?!
- Məşqçinin bu qərarından sonra hansı addımı atdın?
- Atanmla birlikdə oranı tərk edib "İnter”in futbol məktəbinə üz tutduq. Bizi çox gözəl qarşıladılar, təcrübəli məşqçi Yaşar Abdulov rəhbərliyi altında məşqlərə başladım. Bir ildən artıq "İnter”də qaldıqdan sonra "Neftçi”dən dəvət gəldi və mən "ağ-qaralar”a keçdim. Orada müdafiənin mərkəzini mənə etibar edirdilər, hər iki ayağımla oynadığım üçün məşqçi çox razı idi. Azərbaycanda keçirdiyim son ildə("Zirə”nin 17 yaşlılardan ibarət komandasında – red.) üç məşqçi ilə çalışmalı oldum.
- Burada qalıb çıxış etmək olmazdı, yoxsa hansısa başqa amillər var idi?
- Bakıda olduğum müddətdə daim sintetik örtüklü meydançalarda məşq edirdim. Bir müddət sonra məlum oldu ki, məhz bu səbəbdən ciddi zədə almışam. Həkim müaniyəsindən sonra uzun müddətli müalicəyə ehtiyac olduğu ortaya çıxdı. Ancaq təəssüflər olsun ki, bizdə nə bu zədəni müalicə edə biləcək həkimlər var, nə də bu işdə maraqlı olan klublar. Bizdə belə zədələr məşqdə olmadığı üçün klub tərəfindən müalicə edilmir. Ancaq gərək səni məşq prosesində və ya oyunda "qıralar”, onda ola bilsin nə isə köməklik etsinlər(gülür). Artıq burada olan münasibətdən bezmişdim. Cəmi bir dəst forma vermişdilər, toplanışa getmirdik. Atamla yenidən Moskvaya qayıtmağa qərar verdik.
- Bəs, zədən nə yerdə qaldı?
- Zədəmi öz hesabımıza Rusiyada müalicə etdirdik. Sonra "Burevestnik” FK-ya baxışa yollandım. Zədədən yenicə çıxmışdım, tam gücümlə məşq edə bilmirdim, buna baxmayaraq klubun 17 yaşlılarının baş məqşçisi Aleksandr Sorin mənə vaxt verdi. Tam formada olmasam da, bacarığıma inandığını göstərdi.
Tez-tez məni yanına çağıraraq səhvlərimi izah edirdi, müəyyən hərəkətləri necə etməli olduğumu başa salırdı. Təqribən bir aydan sonra Sorin mənimlə müqavilə imzalamaq istədiklərini bəyan etdi. Ancaq Rusiya vətəndaşı olmadığım üçün ortaya problem çıxdı.
- Bu problemi necə aradan qaldırdınız?
- Klub rəhbərliyi bu işi öz öhdəsinə götürdü. Mənə Rusiya vətəndaşlığı verildi və əsas heyətdə oynamağa başladım. Hər görüşdən sonra məşqçi mənə yaxınlaşıb ürək-dirək verir, daha yaxşı oynayacağımı söyləyirdi. Mənim mövqeyimdə ötən mövsüm Moskva "Spartak”ının kapitanı olan müdafiəçi oynayırdı, indi isə mən start heyətində meydana çıxıram. Son vaxtlar özümü yaxşı tərəfdən göstərirəm, hətta bir neçə matçın "ən yaxşısı” seçilmişəm.
- Riad müqayisə etdikdə bizdə və Rusiyada məşqçilərin uşaqlarla münasibətində nə kimi fərqliliklər ortaya çıxır?
- Orada məşqçilər yeniyetmə futbolçularla dost kimidir. Uşaqlara hər şeyi izah edir, burada isə oynamağa imkan vermirlər, səhv edən kimi qışqırırlar, oyundan çıxarırlar. Sanki futbolçunun səhv etməsini gözləyirlər, belə münasibəti başa düşmək çox çətindir. Azərbaycanda ancaq nəticə gözləyirlər, məşqçi başqa kluba keçəndə uşaqları da özü ilə aparır. Orada isə belə şeylər yoxdur. Yadımdadır, bir matçda səhv etdim məni kənara çıxardı, növbəti görüşdə ümumiyyətlə meydana buraxmadı.
- Rusiya U-17 Liqasında səninlə maraqlanan digər klublar olub?
- Bəli, "Anji” komandasının məşqçilər korpusu mənim oyunumu bəyənərək, Dağıstana köçməyi təklif etdilər. Ancaq hələ tələsmirəm, əsas məqsədim Moskva klublarından birində çıxış etməkdir. Əsas arzum isə millimizin şərəfini qorumaqdır.
Qeyd edək ki, gənc futbolçunun atası Əfqan Əliyev də məşqçidir və bir müddət "Səbail” klubunun aşağı yaş qrupları üzrə komandalarında çalışıb. Aşağıdakı videorolikdə Riad Əliyevin oyunundan bəzi fraqmentlər yer alıb.
Söhbətləşdi: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yaponlar bizdən güclü oldu - Dünya Kuboku 19.03.2024, 10:19
Ronaldo meydana çıxmayacaq 19.03.2024, 10:15
"Turan"ın futbolçusu Meksikaya qarşı 19.03.2024, 09:48
“Bakı”nın məşqçisi cəzalandı 18.03.2024, 22:00
Cüdo hakimlərimiz Avropa Kubokunda 18.03.2024, 21:20
“Qarabağ”ın məşqçisinə 5 oyunluq cəza - QƏRAR 18.03.2024, 19:24
"Neftçi" - "Spartak" oyununun biletləri satışda 18.03.2024, 18:05
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar 18.03.2024, 17:56
"Bakı Sportinq"dən böyükhesablı qələbə - II Liqa 18.03.2024, 17:23
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |