Natəvan Afşar:"Ona görə Türkiyədə yaşamağa dəyər" - ÖZƏL
Bir zamanlar qadın voleybolu ölkəmizdə ən güclü idman növlərindən hesab edilirdi. Məhz həmin dövrdə bir çox yerli voleybolçularımız öz adından söz etdirdi. İstər klub, istərsə də milli səviyyəsində böyük uğurlara imza atan Natəvan Afşar(Qasımova) onlardan biri idi. Məşhur idmançı ilə söhbətə karyerasını bitirməsi ilə bağlı gəzən söz-söhbətə aydınlıq gətirməklə başladıq.
- Üç mövsümdür heç bir klubla müqavilə bağlamırsan, millidə isə son matçın Avropa Oyunlarına təsadüf edir. Doğurdan deyildiyi kimi karyeranı bitirmisən?
- Düzdür, hazırda voleybol oynamıram, ancaq 24 saat bu idman növü ilə nəfəs aldığım üçün karyeramı bitirdiyimi söyləyə bilmərəm(gülür).Yəqin ki, bu yaşdan sonra birdə zala qayıtmayacam.
- Milli komandamızı qarşıda bir-birindən çətin sınaqlar gözləyir. Sizin fikrinizcə yığmanın əsas toppaylayıcı funksiyası kimə həvalə edilməlidir?
- Əlbəttə, toppaylayıcılar arasında ən təcrübəlisi Şəfaqət Həbibovadır. Düşünürəm ki, böyük ehtimalla əsas ötürücü Şəfaqət olacaq. Onun yığmaya çox xeyri dəyəcək.
- Türkiyə mediası səni oyun tərzinə görə məşhur italiyalı toppaylayıcı La Biankoya bənzədir. Bəs Natəvan özünü kimi bənzədir və voleybolda kumiri kim olub?
- Açığını deyim ki, voleybolda kumirim olmayıb. Hər zaman özüm olmağa çalışmışam, lakin dünyanın tanınmış voleybolçularını izləməkdən zövq alıram. Bir sözlə voleybolu seyr etməyi çox sevirəm.
- Karyeran ərzində ən yaddaqalan uğurlu və uğursuz anlar...
- Çox uzağa getməyəcəm. Elə Bakıda keçirilən Avropa Oyunlarını həm uğurlu, həm də uğursuz hesab etmək olar.
- Yığma komandaya dəvət aldığın zaman 4-cü zona mövqeyində çıxış edirdin. Sonradan baş məşqçi Faiq Qarayevin istəyi ilə toppaylayıcı funksiyası sənə tapşırıldı. Mövqe dəyişikliyini necə qarşıladın?
- İlk başlayanda ötürücü olmaq istəmirdim. Çünki, hücüm etmək çox xoşuma gəlirdi. Bir müddət sonra məni toppaylayıcı kimi yetişdirdikləri üçün məşqçilər korpusuna təşəkkürümü bildirdim. Həqiqətən çox cətin və məsuliyyətli mövqe olduğunu qeyd etməliyəm.
- 8 nömrənin sənin üçün nə anlamı var?
- O zamanlar konkret nömrə haqqında düşünmürdüm, komandaya cəlb olunduğuma görə sevinirdim (gülür). Faiq müəllim ilk olaraq 15 nömrəni, sonralar 8 nömrəni mənə verdi. Və bir daha nömrəmi dəyişmədim. 8 iyulda doğulduğum üçün bəlkə də Faiq müəllim bu rəqəmin mənə uğur gətirəcəyini düşünüb(gülür).
- Türkiyədə yaşayırsan, Azərbaycan üçün darıxırsan?
- Artıq iki ildir qardaş ölkədə yaşayıram. Əlbəttə, vətənim üçün darıxdığım anlar olur. Bakıya gələndə isə Türkiyə üçün deyil, həyat yoldaşım(türkiyəli menecer Tunc Afşar)üçün darıxıram. Ona görə Türkiyədə yaşamağa dəyər…
Söhbətləşdi: Anar Məmmədov(Sportfm.az)
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |