Azərbaycan çempionatının bombardiri olan futbolçu..."Evlərdə tavanları təmir edirəm..." - ÖZƏL
Unutmaq, yaddan çıxarmaq, adını silmək - bizim futbolumuza xas olan cəhətlərdi. Azərbaycanın müstəqillik dövrünün ən sərrast futbolçularından biri, "Kəpəz"in simvollarından olan Rövşən Əhmədov unutqanlığımızın qurbanı olanlardandır. Uzun müddətdir axtardığımız bombardiri tapmaq elədə asan olmadı. Ola bilsin artıq bir çoxları onun adını belə xatırlamır, ancaq Rövşən hər şeyi gözəl yadında saxlayıb.
- Rövşən neçə vaxtdır ortalarda yoxsan. Səni çox axtardıq, sanki insanlardan qaçırsan!
- 1986-cı ildə ilk dəfə futbola "Kəpəz"də başladım. 1989-cu ilə qədər doğma komandamın heyətində çıxış etdikdən sonra Gəncə klubu ilə ilk ayrılığım baş tutdu. Hərbi xidmətimi keçmək üçün müvəqqəti olaraq, futboldan uzaq düşdüm, sonra "Kəpəz"ə qayıtdım. 1991-ci ilə qədər orada çıxış etdim. Onda Sovetlər Birliyinin yarışlarında iştirak edirdik. Sonra "Turan"dan aldığım dəvəti dəyərləndirdim. "Turan"la 1994-cü ildə qızıl medalları qazanaraq, Azərbaycanı ilk dəfə Çempionlar Liqasında təmsil etməli olduq. 1995-96-cı ildə "Kəpəz"in heyətində 23 qolla ölkə çempionatının bombardiri oldum. Sonra uzun illər futbol oynadım, indi sanki onların heç biri olmayıb. Belə olan təqdirdə, məndə çox sarsıldım.
- "Fənərbaxça" ilə oyunlarda alınan acı məğlubiyyətlər hamının yadındadır...
- Mənim ilk oyun öncəsi Tovuz təmsilçisi ilə müqaviləm bitmişdi. Ona görə həmin matçlarda iştirak edə bilmədim. Düzdür, ilk görüşdə səfərə yollandım. Ancaq meydana çıxa bilmədim.
- Bildiyimə görə, karyeranı çox gec başa vurmusan.
- Xanların(İndiki Göygöl - A.Ə) komandası "Gilan"da böyük futbola əlvida dedim, 39 yaşım var idi. Faiq Cabbarovun rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazandıq. Sonra klub Qəbələyə köçdü. Məhz o zaman futbolu buraxdım...
- Həmin dövrdə futboldan birdəfəlik getdin?
- Xeyr, ondan sonra Samuxda "Şəfəq" adlı komanda yarandı və məni ora dəvət etdilər. Həmin klubu çalışdırmağa başladım.
- Yəni, məşqçi kimi fəaliyyətə başladın?
- Məşqçi kimi ilk işim orada olub. Sonra bir müddət Gəncənin həvəskar komandalarında fəaliyyətimi davam etdirdim.
- Bəs niyə həvəskar səviyyədə çalışmağa qərar verdin?
- Təkcə həvəskar səviyyədə çalışmadım, "Kəpəz"də əvəzedicilərdən ibarət komandanın məşqçilər korpusunda yer aldım. Sonra bir müddət kiçikyaşlı uşaqlara futbolun sirlərini öyrətməyə başladım.
- Bəs, necə oldu ki, uzun illər futbolçu kimi xidmət etdiyin "Kəpəz"i tərk etdin?
- Vallah, bizdə həmişə necə olur? Kimin adamı vardı, onlar qalıb işlədi, mənim adamım olmadığına görə, klubdan uzaqlaşdırıldım. Bu mənə çox ağır gəldi. Sonradan dəfələrlə müraciət etsəmdə, məni işə götürmədilər. Məndən məşqçi kateqoriyası tələb etdilər. Məşqçi kateqoriyası almaq üçün kurslara yazıldım, ancaq sonda imtahanı verə bilmədim. Ancaq bilirəm ki, həmin vaxt, hətta indi belə kateqoriyası olmayanlar hazırda çalışır.
- Bir daha "Kəpəz"ə qayıtmadın?
- Dörd ildir futbolla bütün bağlarım qırılıb. Ora qayıtmağın heç bir mənası yox idi. Onsuzda götürməyəcəkdilər. İndi bu oyunu sadəcə kənardan seyr edirəm. Nə qədər ağır olsa belə...
- Hazırda bombardir Rövşən Əhmədov nə ilə məşğuldur?
- Vallah, desəm yəqin ki, inanmayacaqsınız. Usta kimi çalışıram, evlərdə tavanları təmir edirəm, təbii ki, iş olduqda...Çünki hazırda əhalidə pul yoxdur, təmir işləri azalıb, insanlar çörəyə pulu zorla tapırlar. Qiymətlər qalxdığı üçün iş olmadığından demək olar ki, boş oturmuşam...Mənim heç bir istəyim yoxdur, sadəcə futboldan uzaq qalmağım məni çox üzür. Elə etdilər ki, mən qıraqda qaldım, ancaq belə olmamalıydı!
Söhbətləşdi: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |