Azər Cabbarov: "Milanın yolunu tutduq, oradan Parisə, sonra isə Hollandiyaya keçdik"
Sovetlər Birliyinin dağılmasıyla ölkəmizdə futbol tənəzzül dövrünə qədəm qoydu. 1992-ci ildə ilk Azərbaycan çempionatının təşkilindən sonra 2002-ci 11-ci milli çempionatının dayanmasıyla bir çox futbolçumuz karyerasını ölkə xaricində davam etdirdi. Onlardan biridə aşağı yaş qrupları üzrə millilərimizdə və çox klublarımızda çıxış etmiş Azər Cabbarov idi.
- Azər, sənin gedişin biraz qəribə və fərqli oldu. Əslində, buna gediş yox, qaçış demək olardı.
- Bəli, belə demək mümkündür(gülür). 2002-ci ildə çempionat dayandı. Həmin ərəfədə mən "Qarabağ”ın futbolçu idim. 2003-cü ildə 21 yaşlılardan ibarət yığmanın heyətində İtaliyaya yollandım. O dövrdə seçmə mərhələ oyunları zamanı əsas milli ilə birlikdə səfərə çıxırdıq. Avropa Çempionatı seçmə mərhələsində Reco di Kalabriya şəhərində İtaliya ilə üz-üzə gələcəkdik.
- Ancaq, 21 yaşlıların heyətində meydana çıxmadan və heç kimə xəbərdarlıq etmədən düşərgəni tərk etdiniz.
- Eldəniz("Gəncə”də və bir çox klublarımızda çıxış etmiş Eldəniz Məmmədovu nəzərdə tutur- A.Ə) və mən artıq Bakıda olarkən plan qurmuşduq. Bizi oraya dəvət edən adamla razılaşmışdıq.
- Yəni, sizi oraya dəvət edən şəxs var idi?
- Əlbəttə, bizdən yalnız getmək tələb olunurdu. Dəstək verəcəyinə söz vermişdi. Təyyarədən endikdən sonra, komanda otelə yerləşən kimi, oradan ayrıldıq. Milanın yolunu tutduq, oradan Parisə, sonra isə Hollandiyaya keçdik.
- Niyə məhz Hollandiyanı seçdiniz?
- Həmin şəxs bizi oraya dəvət etmişdi. Özüdə komanda ilə birbaşa müqavilə bağlayacaqdıq. Haaqa şəhərində həmin adam bizi qarşıladı. Eldənizlə məni 3-cü dəstədə mübarizə aparan "Şxeyfingen” komandasına apardı. Bir gün sonra klubun məşqlərinə qatıldıq. Məşqçi hər ikimizin oyununu bəyəndi və əsas heyətdə yer verdi.
- Azər, bəs futbol federasiyasının rəsmiləri sizi axtarmırdı?
- Təbii ki, axtarırdılar. Ancaq biz heç kimə informasiya vermirdik. Bir müddət həmin klubda çıxış etdikdən sonra bizimlə başqa bir komandanın maraqlandığı ortaya çıxdı. Bu Amsterdamı təmsil edən, əsasən orada yaşayan türklərdən təşkil olunan "Türkiyəmspor” klubu idi. Hər ikimiz onların təklifini qəbul etdik.
- Ancaq mən tamamilə başqa məlumat eşitmişdim. Bildiyimə görə, səninlə holland futbolunun brendlərindən olan "Feyenoord” klubu maraqlanırmış...
- O məsələ biz "Türkiyəmspor”a keçdikdən sonra gündəmə gəldi. "Feyenoord”un skautları Hollandiyanın aşağı divizionlarda keçirilən görüşləri izləyir. Məni həmin matçlardan birində görmüşdülər. Bu haqda məlumatı mənə baş məqşçimiz verdi.
- Və "Feyenoord”a keçməsi gözlənilən Azər Cabbarov yenidən Azərbaycana qayıtdı...
- "Feyenoord” rəhbərliyi məni baxışa dəvət etmişdi. Həmin məqamda Bakıdan, konkret olaraq "Neftçi”dən zəng gəldi. Onlar məni heyətlərində görmək istəyirdi. 4 ay Hollandiyada çıxış etdikdən sonra vətənə döndüm.
- "Neftçi”nin əvəzinə siz yenə "Qarabağ”da peyda oldunuz!
- Bakıya qayıtdıqdan sonra müqavilə ilə məxsus olduğum "Qarabağ” məni "Neftçi”yə buraxmadı.
- Bildiyimə görə, sizdən sonra Eldəniz Məmmədov orada bir müddət yenə çıxış etdi.
- Bəli, Eldəniz orada 8-9 ay qaldı. Sonra vətənə döndü.
Söhbətləşdi: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |