"Şəmkir"li futbolçu:"O uşaqlar qətiyyən elə işlərə qol qoya bilməz"
Sportfm.az saytı Birinci Divizionda çıxış edən futbolçuların fikirlərini öyrənməkdə davam edir. "Şəmkir”in heyətində fərqlənən futbolçulardan biri, Mingəçevirdə dünyaya gələn Ruslan Vorontsov söhbətə ilk məşqçisindən başladı.
- İlk məşqçim Telman Bəkirov olub. Futbolun sirlərini onun yanında öyrənmişəm. Telman müəllim hər bir uşağa xüsusi diqqət göstərirdi. Bizə hər şeyi xırdalığına qədər izah edirdi. Onun öyrətdiklərinin çox bəhrəsi oldu.
- Ruslan, "Şəmkir”ə gəlişin necə alındı?
- Bildiyiniz kimi, "Ağsu” komandasının şərəfini qoruyurdum. Klubla müqaviləm bitdikdən sonra "Şəmkir”in sabiq kapitanı Orxan Məmmədov mənimlə əlaqə saxladı. Söhbət əsnasında Şəmkir klubuna keçməyi təklif etdi. Məndə razılaşdım.
- Komandanız birinci dövrəni 3-cü sırada tamamladı. İkinci dövrədə "Şəmkir”dən nə gözləyək?
- Biz bütün matçlarda gözəl oyun sərgiləməyə çalışırıq. İkinci dövrənin oyunları istisna olmayacaq. Bizi çətin və ağır oyunlar gözləyir. Hədəfimiz dəyişməz olaraq qalır - qızıl medalları qazanmaq. Təbii ki, çətin olacaq. Bütün çətinliklərə rəğmən, baş məşqçimizin dediklərinə dəqiqliklə əməl etsək, sonda 1-ci sıranı tutacağımıza əminəm. Biz bu yola inanaraq çıxmışıq. "Şəmkir”in yenidən Premyer Liqada çıxış etməsi üçün əlimizdən gələni edəcəyik.
- Birinci Divizionda əsas rəqibləriniz hansı komandalardı?
- Etiraf edim ki, hazırda 4-5 komandanın səviyyəsi eynidir. "Zaqatala”, "Turan Tovuz”, "Səbail”, "Qaradağ Lökbatan”, "Mil-Muğan” güclü kollektivlərdi. Sizi inandırım ki, digər klublarda zəif deyil, sadəcə adını çəkdiyim komandalar daha yaxşı komplektləşib.
- AFFA-nın danışılmış oyunlarla bağlı məlum qərarından xəbərin var. Verilən cəzalar haqqında nə düşünürsən?
- Əlbəttə, bu qərarı eşidəndə şok oldum. Mən olanları ağlıma belə gətirmirəm. Samir Musayev ("Şərurspor” komandasının futbolçusu) və Elvin Əlizadə("Energetik” klubunun üzvü) heç vaxt oyun alqı-satqısına getməzlər. Buna yüz faiz əminəm. O uşaqlar qətiyyən elə işlərə qol qoya bilməz. Düşünürəm ki, araşdırmalardan sonra ədalət yerini tapacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |