Araz Abdullayev: "Taktika üzərində bir az da işləsək, daha yaxşı olar"
Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"ylə oyundan sonra (0:1) "Neftçi"nin kapitanı Araz Abdullayev jurnalistlərə müsahibə verib. Komanda.az həmin müsahibəni təqdim edir:
- Meydanda tək hücumçu olsaz da, tez-tez yarımmüdafiəyə qayıdırdız. İlk dəqiqələrdən öz mövqeyinizdə yer alsaydız, komandaya daha çox fayda verməzdizmi?
- İlk dəqiqələrdən hücumçu kimi çıxış etməyim taktiki gediş idi. Baş məşqçi mənə ön xətdə yer verdi. Fasilədən sonra Katalin Tira meydana daxil oldu, mən də avtomatik çəkildim öz mövqeyimə. Açığı, mənim üçün elə bir fərqi yoxdu. İstər hücumda, istərsə də yarımmüdafiədə yer alanda qol vurmağa çalışıram.
- Bir yarımmüdafiəçi kimi hücumda özünüzü necə hiss edirsiz?
- Mənim üçün əsas odu ki, qol vurum, komandama kömək edim. Qol vəziyyətlərimiz də oldu, təəssüf ki, top qapıdan keçmədi. Düşünürəm ki, əksər komponentlərdə rəqibdən güclü idik.
- Birinci hissənin ən fəallarından biri idiz. İkinci hissədə əvəzlənməyiniz sizin üçün təəccüblü olmadı?
- Xeyr. Bu, baş məşqçinin qərarıdı. Məşqçi məni əvəzləyirsə, deməli, bildiyi nəsə var. Burda heç bir problem yoxdu. Mən meydanda olduğum müddətdə yalnız öz oyunumu göstərib, komandama xeyir vermək barədə düşünürəm.
- İlk turda AZAL-la qarşılaşmadakı söz-söhbətdən sonra indi də məğlub olduz. Komandada nələr baş verir?
- Heç nə baş vermir. Futbolda hər şey olur. Biz hər görüşdə uğurlu nəticə qazanmağa çalışırıq. Sadəcə, məğlub olanda bunu nə iləsə bağlamaq düzgün deyil.
- İkinci hissədə yeni transferlər Katalin Tira və Denilson Pereyra meydana daxil olsalar da, hücumda heç nə ilə yadda qalmadılar. Deyəsən, hələ də uyğunlaşma problemi yaşayırlar...
- Bəli, hələ tam uyğunlaşmayıblar. Xüsusən də, Denilson kollektivə yenicə qoşulub, komanda ilə cəmi 2-3 məşq edib. İnanıram ki, o, komandaya tezliklə uyğunlaşacaq. O ki qaldı Tiraya, gənc oyunçudu, uyğunlaşmaq üçün zamana ehtiyacı var.
- Hazırkı heyətin tam hazır olması üçün nə qədər zamana ehtiyacı var?
- Qısa müddətdə öz oyunumuzu tapmaq üçün əlimizdən gələni edirik. Məşqlərdə də çalışırıq ki, yeni transferlər kollektivə daha tez uyğunlaşsınlar.
- Tribunaların böyük hissəsi boş qalmışdı. Azarkeşləriniz komandanı boykot edirlər. Onların bu addımının çıxışınıza nə kimi təsiri olur?
- Həqiqətən də, bu, çox üzücüdü. Bir kapitan kimi, mən də istəyirəm ki, oyunlarımıza çox azarkeş gəlsin, bizi dəstəkləsin, yalnız qoymasın. Biz əlimizdən gələni etməyə çalışırıq. "Zirə"ylə görüşü də pis keçirmədik. Qapımıza vurulan qolu da gördünüz.
- Amma rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdiz. Bunun səbəbi nə idi?
- Düşünürəm ki, taktika üzərində bir az da işləsək, daha yaxşı olar. Bu da məşqçilərin işidi.
- Ötən mövsüm uğursuz çıxış etsəz də, bağışlandız. Bu mövsüm necə, zəif nəticə göstərməyə haqqınız varmı?
- Nə qədər xal ala biləcəyimiz komanda varsa, hamısına qalib gəlməyə çalışırıq. Bu günkü məğlubiyyət məni çox məyus etdi. Uduzulası oyun deyildi.
- Yay fasiləsində "Antalyaspor"un sizinlə maraqlandığı xəbərləri yayılmışdı. Həqiqətən də, belə bir təklif almışdızmı?
- Hansısa klub maraqlanırsa, təklif göndərməlidi. Yalandan heç nə demək istəmirəm.
- Düşünmürsüz ki, xaricə yollanmaq lazımdı?
- Bunu çox adam mənə deyir. Amma komanda çətin durumda olanda atıb getmək istəmirəm. Çalışıram klubumun bu vəziyyətdən çıxmasına kömək edim.
- Belə çıxır ki, "Neftçi" nə qədər çətin vəziyyətdə olacaqsa, komandada qalacaqsız?
- Xeyr, bu o demək deyil. Sadəcə, hazırda klubumla müqaviləm var və komandamın uğuru üçün çalışıram.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |