Nicat Rəhimov: “Fəxri kürsüdə olanda bütün həyatım gözümün qarşısına gəldi”
Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov (77 kq) Rio Olimpiadasının qalibi olduqdan sonra KİV nümayəndələrinin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasından imtina edərək, Qazaxıstan millisini seçən 23 yaşlı idmançı dünya və Olimpiya rekordu ilə qazandığı qələbəni şərh edib.
- Təbrik edirik. İlk təəssüratlarınız necədi?
- Bilmirəm. Olimpiya çempionunu kimi (gülür).
- Fəxri kürsüdə dayananda ağlayırdınız...
- Bəli, fəxri kürsüdə olanda bütün həyatım gözümün qarşısına gəldi. Bu məqsədə çatmaq üçün nə qədər əziyyət çəkdiyimin hamısını bir anlıq fikirləşdim. Bu, mənim xəyalım, çətin yol idi. İnsanlar yatanda, biz məşq edirdik. Qar düzdən olanda, biz gecə saat 11-12-də hazırlıq keçirdik. Məni dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Bu ilk növbədə Allahın qismətidi. Sonra isə mənə inanıb, dəstəkləyən xeyli insanın əməyidi.
- Siz təkanla qaldırma hərəkətlərində 214 kq çəkini sifariş etdikdə rekord vurub, bunu qaldıracağınıza əmin idiz?
- Bilmirəm. Desəm ki, əmin idim, yalan olar. Mən hazır idim. Birdən qaldırma hərəkətlərində çox qaldıracağıma şübhəm olsa da, təkanla qaldırmada tam hazır idim.
- Məşqçi bu çəkini sifariş etdikdə, onunla razılaşdızmı?
- Bəli. Dedim ki, ilk cəhddə medalı, ikincidə qələbəni təmin etmək lazımdı.
- Məşqdə qaldırdığın ən yüksək çəki nə qədər idi?
- Olimpiadaya hazırlaşarkən, qaldırdığım ən yüksək çəki 211 kq olub. Amma ümumilikdə həyatım boyu 217 kq çəkini ram etmişəm.
- Son Olimpiya çempionu və birdən qaldırma hərəkətinin qalibi olan çinli rəqibini keçdiyini nə vaxt hiss etdin?
- O, təkanla qaldırmada əvvəl 200 kq çəkini sifariş edib, sonra bunu 3 kq azaltdıqda qalib gələcəyimi hiss etdim. Həmin vaxt məşqçimə dedim ki, qızıl medal üçün nə qədər lazımdırsa, qaldıraram.
Biz İzləyin
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Parabadmintonçumuz beynəlxalq turnirdə yarımfinala yüksəldi 19.04.2024, 22:10
Bakıda Dünya Kubokunun açılış mərasimi oldu 19.04.2024, 22:06
"Turan Tovuz" 1-4 "Sumqayıt" - VİDEO 19.04.2024, 21:00
Özü günahkar olan Ayxan Abbasov:"Günahkar axtarmıram" 19.04.2024, 20:46
"Turan" Tovuzda 4 top buraxdı - Misli Premyer Liqası 19.04.2024, 20:30
Atıcılarımız Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər 19.04.2024, 18:27
Rəqibin gözünə lazer işığı salan futbolçuya ağır cəza 19.04.2024, 17:50
“Cəbrayıl” cərimə edildi - QƏRAR 19.04.2024, 17:46
"İlk növbədə həmkarlarımı düşündüm" - PFL-in prezidenti 19.04.2024, 16:56
Misli Premyer Liqası
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Sumqayıt | 31 | 12 | 11 | 8 | 32-34 | 47 |
3 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
4 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 31 | 11 | 9 | 11 | 47-44 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 22 | 14 | 6 | 2 | 38-14 | 48 |
2 | İmişli | 22 | 12 | 7 | 3 | 34-15 | 43 |
3 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 22 | 9 | 5 | 8 | 26-26 | 32 |
6 | Zaqatala | 22 | 6 | 8 | 8 | 27-28 | 26 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 22 | 4 | 5 | 13 | 26-38 | 17 |
10 | Araz Saatlı | 22 | 3 | 1 | 18 | 22-64 | 10 |