Bakıya neçə ölkənin şahmatçısı gələcək?
"Paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır. Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə bu, tarixdə ən yüksək göstəricidir". Sportfm.az xəbər verir ki, Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, bunu Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov olimpiadaya hazırlıqla bağlı deyib. Onun sözlərinə görə, yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlər də nəzərdə tutulub: "Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər".
Əməliyyat Komitəsinin rəhbəri bildirib ki, avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq: "Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2245 nəfəri artıq viza alıb. Qalanları isə vizalarını hava limanında alacaq. Bu proses hava limanında heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır".
Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək. Olimpiada 1-13 sentyabrda olacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |