"Bakı güləşin gələcəyidir" - Dünya Güləş Birliyinin prezidenti
"Dünya Güləş Birliyinin bugünkü iclasında çoxlu müzakirə oldu. Avropa təsnifat turniri üçün səsvermənin nəticəsi 3-ün 2-yə nisbətində idi".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç deyib.
61 yaşlı funksioner Avropa təsnifat turnirinin Macarıstanın paytaxtı Budapeştə verilməsinin səbəbini açıqlayıb. O deyib ki, burada həlledici amil şəhərin 2018-ci il dünya çempionatı yüksək səviyyədə təşkil etməsi olub: "Azərbaycan Güləş Federasiyası güclü qurumdur, böyük nəticələri var. Bakı güləşin gələcəyidir. 2013-cü ildə Dünya Güləş Birliyi çətin günlərini keçirirdi. Həmin il dünya çempionatını çətinliklə keçirdik. 2018-ci ildə isə Budapeştdə təşkil olunmuş mundialın səviyyəsi o qədər yüksək oldu ki, artıq bugünkü büro iclasında biz 3 il sonranın - 2022-ci ilin məsələsini həll etdik. Hazırda 2023-cü il mundialını təşkil etmək üçün iki ölkə bizimlə təmasdadır. Avropa Oyunları ilə Avropa çempionatı fərqli yarışlardır. Həm də televiziya müqavilələri hər iki yarış üçün bağlanılır. Özü də biri Avropa Olimpiya Komitəsi, digəri bizim federasiya ilə bağlanılır".
Laloviç son olaraq Azərbaycan güləşçiləri barədə də danışıb: "Onları adları ilə tanımasam da, hamısını üzdən tanıyıram. Azərbaycan kökənlilərə böyük hörmətim var. Bu yaxınlarda əslən iranlı Oyan Nəzəriani çimərlik güləşi üzrə yarışda iştirak edirdi. Dərhal onun Azərbaycan kökənli olmadığını anladım". (Report)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |