Rio-2016: Rövşən Bayramov "bürünc"ü də əldən verdi
Bu gün Rio Olimpiadasında güləş yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, döşək üzərinə ilk olaraq Yuna-Roma güləşçiləri çıxacaqlar. Azərbaycan yığmasının iki üzvü – Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) də Olimpiadada debüt edəcəklər.
***
Elvin mübarizəyə 1/16 finaldan etibarən başlayıb. Onun ilk rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız 1/8 finala yüksəlib. Elvinin bu mərhələdə Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edən Dosjan Kartikovla (Qazaxıstan) qarşılaşb. Təmsilçimiz bu güləşçini də yolundan kənarlaşdırıb - 5:1. Yarımfinala gedən yolda idmançımız macarıstanlı Peter Bacsi ilə üz-üzə gəlib. O, mübarizəni məğlub başa vurub. Elvin bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə də qatıla bilməyib. Belə ki, onu məğlub edən Bacsinin yarımfinalda uduzması, həmyerlimizin yarışla vidalaşmasına səbəb olub.
***
Son iki Olimpiadanın (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov da çıxışa başlayıb. İdmançımız mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olub. Pəhləvanımız bu rəqibini asanlıqla məğlub edib - 8:0. Həmyerlimiz 1/4 finalda Mahadi El Messaudiyə (Mərakeş) 8:0 hesabı ilə qalib gələn Xese David Tielke ilə qarşılaşıb. ABŞ-lı rəqibinə də şans verməyən Bayramov 9:0-lıq qələbə ilə yarımfinala yüksəlib.
Finala çıxmaq üçün pəhləvanımız yapon güləşçi Ota Şinobunu məğlub etməli idi. Ancaq əsas medal ümidlərimizdən olan Rövşən görüşü məğlub başa vurub - 2:4. Yapon idmançı onun kürəyini yerə vurmağı bacarıb. İdmançımız bürünc medal uğrunda güləşib. Onun rəqibi norveçli Stig-Andre Berge olub. Bu rəqibinə də uduzan Rövşən Olimpiadanı medalsız başa vurub. Görüşdə hesab 1:1 olsa da, sonuncu xalı alan norveçli bürünc medal qazanıb.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Milli üzvləri ilə psixoloq işləyəcək 19.03.2024, 12:35
Almaniyada Dünya Kubokunda iştirak edəcəklər 19.03.2024, 12:28
Heç kim AFFA prezidenti olmaq istəmir! 19.03.2024, 11:47
Santuş gedir, Qurbanov gəlir - İddia 19.03.2024, 11:42
Yaponlar bizdən güclü oldu - Dünya Kuboku 19.03.2024, 10:19
Ronaldo meydana çıxmayacaq 19.03.2024, 10:15
"Turan"ın futbolçusu Meksikaya qarşı 19.03.2024, 09:48
“Bakı”nın məşqçisi cəzalandı 18.03.2024, 22:00
Cüdo hakimlərimiz Avropa Kubokunda 18.03.2024, 21:20
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |