Firdovsi Umudov: Kadr dəyişiklikləri davam edəcək
Sportfm.az saytı xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının mətbuat üçün təşkil etdiyi açıq məşqdən sonra vitse-prezident Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırıb.
- Kiyevdə baş tutacaq növbəti beynəlxalq turnirə hazırlıq necə keçir?
- Hazırda yunan-Roma güləşçiləri hazırlıqlarını davam etdirir. Sərbəst güləşçilərimiz də bir müddət sonra məşq prosesinə cəlb olunacaqlar. İranda keçirilən beynəlxalq turnirdə idmançılarımız çıxış edir. Daha sonra isə yığma komandamız Ukraynanın paytaxtı Kiyevdə təşkil ediləcək yarışda iştirak edəcəklər. Orda sərbəst və yunan-Roma güləşçilərimiz mübarizə aparacaq. Bilirsiniz ki, bu il həm də sərbəst güləş yığmamız dünya kubokunda qüvvəsini sınayacaq.
- Bu il mart ayında Avropa Çempionatında yarışacaq yığmamızın heyətində kimlərin yer alacağı nə vaxt məlum olacaq?
- Məhz İran və Ukraynadakı turnirlərdən sonra biz əsas heyəti müəyyən edəcəyik. Güləş Federasiyasının mənə göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Əsas hədəflərimizdən biri yığmada dəmir nizam-intizamın olmasıdır. Bu uğurun əsas "açarıdır". Bunu idmançılarımıza da demişəm. Hər bir idmançı üçün ölkəsinin bayrağını dalğalandırmaq böyük şərəf olmalıdır.
- Bir neçə postda çalışmaq sizin üçün çətin deyilki?
- Mən güləşə başqa sahədən gəlməmişəm. Uzun illərdir bu işin içindəyik. Hər bir işi şərəflə görürəm və görəcəm. Heç bir çətinliyi yoxdur. Əsas məqsədimiz qazandığımız uğurlarla xalqımızı sevindirməkdir.
- Son günlər Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib. Bu proses davam edəcəkmi?
- Bildiyiniz kimi, federasiyaya yeni baş katib təyin olunub. Orxan Məmmədov uzun illərdən bəri idmanın içindədir. Yığma komandamızın üzvü olub. Bildirim ki. kadr dəyişiklikləri bundan sonrada davam edəcək. İstər federsiya rəsmiləri olsun, istərsə də məşqçilər olsun.
Qeyd edək ki, Olimpiya mükafatçısı Rövşən Bayramov yunan-Roma güləşi üzrə milli komandamıza məşqçi təyin edilib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |