Rauf Əliyev Albaniyadan ayrılır - Səbəbini açıqladı
Rauf Əliyevin Albaniyanın "Kukesi" klubundan ayrılır.
Sportfm.az xəbər verir ki, futbolçu açıqlamasında xəbəri qismən təsdiqləyib. O bildirib ki, klubla olan müqaviləsinə hələ xitam verilməyib: "Açığı, 1-2 gündür ki, klubdan ayrılmağım barədə danışıqlar gedir. Hazırda götür-qoy aparırıq. Klubdan ayrıla da bilərəm, ayrılmaya da bilərəm. Yəni məsələm tam dəqiqləşməyib". Millimizin sabiq hücumçusu ayrılma səbəblərini Albaniyada üzləşdiyi problemlərlə əlaqələndirib. Lakin o bildirib ki, bu problemlər barədə daha ətraflı klubla münasibətlərinə rəsmi şəkildə son qoyulduqdan sonra danışacağını bildirib: "Məsələ sabah və ya birisigün rəsmiyyət qazanacaq. Bəli, doğrudur ki, özüm burdan ayrılmaq istəyirəm. Qayıdıb Azərbaycanda oynayacağım da bəlli deyil. Başqa çempionatda da oynaya bilərəm. Sadəcə olaraq burda məni çox şey qane etmədiyindən, Albaniyadan ayrılmaq istədim. Yəni tək dil probleminə görə burdan ayrılmıram. Problemlər barədə burdan ayrıldıqdan sonra daha ətraflı danışaram. Burda bir çox problemlərlə üzləşdim, ona görə də özüm ayrılmağa qərar verdim".
Qeyd edək ki, Rauf Əliyev avqustda Albaniyanın "Kukesi" klubu ilə "İnter"dən (indiki "Keşlə") qalmaqallı şəkildə ayrılaraq 1 illik müqavilə bağlamışdı. Yeri gəlmişkən, onun "İnter"dən ayrılması, Albaniyanın son çempionu ilə müqavilə bağlaması xəbərini də ilk olaraq saytımız ictimaiyyətə bəlli etmişdi.(prosport.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |