Rostov klubunun yeni baş məşqçisi azərbaycanlı oldu
Azərbaycanlı Kamil Bayramov “SKA Rostov-na-Donu” futbol klubunun yeni baş məşqçisi təyin edilib. Daha əvvəl o, ordu idman klubunun gənclər komandası ilə işləyib.
Sportfm.az xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, “SKA Rostov-na-Donu” klubunun baş direktoru Sergey Çebotaryov və klubun idman direktoru Oleq Dovqalyov yeni baş məşqçi Kamil Bayramovu və onun köməkçisi Aleksandr Tatarkini komanda üzvlərinə təqdim ediblər. “SKA Rostov-na-Donu” klubu 2015-ci ildən onunla işləyən əvvəlki məşqçilərlə hesablaşdıqdan sonra yeni təyinatlar rəsmən elan ediləcək.
Qeyd edək ki, 45 yaşlı K.Bayramov daha əvvəl vilayət çempionatının ali liqasında çıxış edən “SKA-2-DQTU” klubuna başçılıq edib. Rusiya birinciliyinin yaz mövsümündə ordu klubunun özəyini məhz bu komandanın gənc futbolçuları təşkil edəcəklər. K.Bayramov dəfələrlə Azərbaycan çempionudur, onun “A” lisenziyası var. (AZƏRTAC)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |