"Səbail"in legioneri:"Azərbaycanda oynamaq başqa yol idi"
Topaz Premyer Liqasının debütantı - “Səbail” mövsümün ilk yarısında əksər rəqiblərinə başağrısı yaratmağı bacardı. Komandanın sərgilədiyi gözəgəlimli futbol bir çox futbolsevərin rəğbətini qazanıb. “Aslanlar” kollektiv oyuna üstünlük versələr də, bir sıra oyunçular daha çox diqqət çəkir. Bunlardan biri də Ayron Statidi. Sportfm.az saytı xəbər verir ki, hollandiyalı müdafiəçi verdiyi müsahibədə bir neçə saat sonra baş tutacaq “Qəbələ”yə qarşı cavab ¼ final qarşılaşması haqda da fikirlərini bölüşdü.
- “Qəbələ”yə qarşı oyunda komandanın şansları nə qədərdi?
- Rəqibin gücü hamımıza bəllidi. Bizim üçün çox çətin qarşılaşma olacaq. Sonuna qədər sadəcə, döyüşmək lazımdır. Mübarizə sayəsində növbəti mərhələyə adlaya bilərik.
- Səfərdə 0:1 uduzduğunuz üçün şanslarınızın hələ də qaldığını düşünürsən?
- Uduzmaq hər zaman pisdir. Amma “Qəbələ” kimi komanda ilə səfərdə 0:1-i yaxşı nəticə saymaq olar. Çünki bu hesabla geridönüş edə bilərik. Sonuncu oyunda qələbə üçün meydanda hər şeyi etdik. Təəssüf ki, bunlar qalibiyyət üçün yetərli deyildi. Amma bu gün evdə meydana çıxacağıq. Fikrimcə, sona qədər döyüşmək lazımdır. Mübarizə aparıb mərhələni adlamaq olar.
- İlk oyundakı nəticə qənaətbəxş olsa da, oyununuzu yaxşı saymaq olmaz. Çünki “Qəbələ”nin istifadə edə bilmədiyi xeyli sayda qol şansı var idi...
- Razıyam. Onların xeyli sayda qol şansı olsa da, istifadə edə bilmədilər. Çox yaxşı da oyun göstərdilər. Amma biz öz çıxışımıza baxmalıyıq. Məsələn, bu gün səfərdəkindən daha yaxşı oynamaq haqqında düşünməliyik. Komanda şəklində birləşib güc ortaya qoymalıyıq.
- Rəqibin heyətində çəkindiyiniz futbolçular var?
- Ümumiyyətlə, keyfiyyət olaraq onlar çox üstündürlər. Xüsusən hücum xəttində Baqali Dabo, Famussa Kone və Stiven Monroz cütlüyü çox təhlükəlidirlər. Onları qarşısını almağa çalışmaq lazımdır.
- “Səbail” qol vurmaqda çox əziyyət çəkir...
- Düzdü, qol vurmaqda problemlərimiz var. Amma bunu təkcə hücum xəttinin üstünə atmaq olmaz. Öncə biz komanda olaraq necə qol şansı yaratmaq haqqında düşünməliyik. Bunu edə bilsək, hər şey fərqli olacaq.
- İlk ildir ki, Azərbaycanda oynayırsan. Artıq 2017-ci il başa çatır. Azərbaycan futbolu haqqında hansı fikirlərin formalaşdı?
- Mənim üçün fərqli oldu. Çünki Azərbaycanda oynamaq başqa yol idi. Mövsümə yaxşı deməsəm də, pis başlamadım. Sonra 2-3 oyun həddən artıq bərbad oynadım. Amma indi tam öz səviyyəmə qayıtmışam. Fikrimcə, hazırda da sabit çıxış edirəm.
- Yəni çempionatın ilk yarısını özün və komandan üçün yaxşı qiymətləndirirsən?
- Mənim üçün şəxsi baxımdan yaxşı il oldu. Amma komandamız zaman keçdikcə daha yaxşı oynamağa başlayır. Düşünürəm ki, qış fasiləsindən sonra daha güclü “Səbail” görəcəksiz.
- “Qəbələ”də sənin həmyerlin – Deyv Bultuis oynayır. Onunla münasibətlərin necədir?
- Bəli, Deyvlə münasibətim var. Bir neçə dəfə görüşmüşük. Həmçinin Dion Malone ilə də əlaqələrimiz mövcuddur.
MEHMAN SÜLEYMANOV/sport24.az
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |