5-6 klub eyni təklifi versə, müzakirə etmək olar
"Neftçi"nin prezidenti Orxan Hüseynzadənin Klublar Komitəsinin yeni sədri seçildiyini xəbər vermişdik.
Sportfm.az saytı Komanda.az-a istinadən xəbər verir ki, Hüseynzadə komitənin iclasından sonra jurnalistlərə müsahibə verib:
- Gözlənilməz təyinat oldu. Kamran Quliyevin sədr kimi davam edəcəyini gözləyirdik, amma hamı mənə səs verdi. Çalışacağıq ki, Klublar Komitəsinin çəkisini növbəti ilə kimi artıraq, səsimizi AFFA və PFL eşitsin. Klub futbolumuzun inkişafı üçün əlimizdən gələni edəcyik.
- Komitənin çəkisini artırmaq üçün nə edəcəksiz?
- Problemlər çoxdu. Uşaq futbolunda olan və klubların infrastrukları ilə bağlı problemləri aradan qaldırmağa çalışacağıq.
- Klubların rəhbərləri komitəyə ciddi yanaşmırlar. İclaslara bəzən klubların 3-4-cü dərəcəli işçiləri gəlir…
- İclasları elə vaxta təyin edəcəyik ki, prezidentlər, icraçı direktorlar da gələ bilsinlər. Belədə komitənin nüfuzu artacaq.
- Son bir ildə Klublar Komitəsu çox passiv təsir bağışladı …
- Proqram üzrə 4 dəfə görüş olur. Problemlər olsa, tez-tez yığılacağıq.
- Klublar Komitəsinin yeni ildə ilk iclasının Antalyada olması maraqlı qarşılandı. Bütün klub nümayəndələrinin Antalyaya gədəcəyini düşünürsüz?
- Milli komandamızın fevralın 2-də Gürcüstanla yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşsə, həmin gün 2-3 saat iclas keçirə bilərik. Həm futbola baxarıq, həm də müzakirələr edərik. Məncə, hamı gələcək.
- Həllini tapmayan hansısa məsələni sədr seçildikdən sonra müzakirə etmək fikriniz var?
- Məsələlər həllini tapıb. Oyunların sifariş ərizəsində artıq 23 futbolçunun adı ola bilər. Əvəzedicilər əsas komandadan bir gün sonra oynayır. Əsas problemlər həllini tapdı.
- Klublar legioner məsələsinə hər zaman toxunur. Bu problem həllini tapacaq?
- 5-6 klub eyni təklifi versə, müzakirə etmək olar.
- Bəs “Neftçi”nin bu məsələdə mövqeyi necədi?
- Hazırki limit - 6+5 qalsın.
- İclasda Mirhüseyn Seyidovla Nizami Hacıyevin oyun alğı-satqısı məsələsi müzakirə edildi?
- Olundu. AFFA nümayəndəsi də bizi məlumatlandırdı. Nümayəndə bildirdi ki, kublar AFFA ilə sıx əməkdaşlıq etsin və şübhə olanda federasiyanı məlumatlandırsınlar.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |