"İşinizi görün bəylər, bəlkə onda düzəldi" - "Kəpəz" azarkeşlərinə niyə hücum olunub?
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Kəpəz” səfərdə “Keşlə” ilə qarşılaşıb. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda rəqibinə 0-2 hesabı ilə məğlub olub. Buraya qədər hər şey normaldır. Gəncə klubunun məğlub olmasına da artıq alışmışıq. Ancaq klubun sadiq azarkeşləri buna alışmaq istəmir və onların səbr kasası daşıb. Belə ki, “İnter Arena”da keçirilən oyundan sonra daim komandanın yanında olan, hər zaman tribunadan “Kəpəz”i qələbəyə səsləyən “Xəmsə” müstəqil fan-klubunun üzvləri matçın sonlarına yaxın komandanın zəif çıxışına görə hiddətlənərək şüarlar səsləndirməyə və bəstələr oxumağa başlayıb. Vaxtilə özü də tribunada Gəncə klubuna azarkeşlik edən, kubok görüşünün birinci hissəsində fanatların arasında yerini tutan, hətta bir dönəm "Kəpəz"in fan-klublarla iş üzrə əlaqələndiricisi olan, sonra komandada təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə təyin edilən Elmar Əliyevin baş verənlər xoşuna gəlməyib. O fanatları susdurmaq üçün tribunaya gəlib, lakin, Əliyevə məhəl qoymayan “Xəmsə”lilər qarşılaşma bitəndən sonra klub avtobusunun yanına gələrək, futbolçuları fitə basmağa başlayıb. Özünü “hadisə yerinə” çatdıran rəis gödəkçəsini çıxararaq fanatların üstünə şığıyıb. Azarkeşlərə gücünü göstərmək istəyən Əliyevi “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov və Vidadi Rzayev sakitləşdirib. Elmar Əliyevin bu hərəkətləri “Qaçaq Nəbi” filmindəki bir epizodu xatırlatdı. Əhaliyə zülm edən şahın adamlarından biri Qaçaq Nəbini görcək, onun yanına qaçıb deyir: “Ağayi Nəbi, qadovu alım, mənə elə baxma, vallah, bəndənin günahı yoxdur! Mən nə karəyəm, şahənşahın fərmayişi belədir”.
Heç kəs unutmamalıdır ki, “Kəpəz”i “Kəpəz” edən onun azarkeşlərdir. Nəticələr pis olduqca, onlar klub rəhbərliyini də, komandanın üzvlərini də fitə basacaq, istefaya səsləyəcək. Bu onların haqqıdır. Soyuqda, qarda, yağışda, istidə tribunalarda öz doğma komandasını dəstəkləyən azarkeşin səsini boğmağa çalışmaqdansa, işinizi görün bəylər. Bəlkə onda nəsə düzəldi...
Hidayət Əliyev
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 22 | 14 | 6 | 2 | 38-14 | 48 |
2 | İmişli | 22 | 12 | 7 | 3 | 34-15 | 43 |
3 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 22 | 9 | 5 | 8 | 26-26 | 32 |
6 | Zaqatala | 22 | 6 | 8 | 8 | 27-28 | 26 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 22 | 4 | 5 | 13 | 26-38 | 17 |
10 | Araz Saatlı | 22 | 3 | 1 | 18 | 22-64 | 10 |