Xorvatiyalı futbolçu Samir Zərgərovu arxada qoydu
Filip Ozobiç "Qəbələ"nin heyətində 20-ci qolunu vurub.
Sportfm.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin yubiley topu Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Mil-Muğan"la ev oyununa təsadüf edib. Bu matçadək "qırmızı-qara" formada 17 qolu olan Filip 8:0 hesablı qələbəyə het-triklə töhfə verib. Onun qarşılaşmadakı son qolu "Qəbələ"də 20-ci sevinci olub. Bununla da Ozobiç klub tarixində 20 və daha çox qol vuran 4 oyunçudan birinə çevrilib. 55-ci oyunda "20"yə çatan yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında 3-cü yeri Rövşən Əhmədovla bölüşür. Bu cütlük yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalır.
Filip 20 qolundan 5-nə Azərbaycan kubokunda imza atıb. O, kubokda "Qəbələ" üçün ən çox qol vuran 3 oyunçudan biridi. Yalnız Kənan Kərimovdan (7 qol) geri qalan Ozobiç Vüsal Qarayevlə eyni göstəriciyə malikdi.
Yeri gəlmişkən, Filip Vüsaldan sonra ikinci futbolçudu ki, kubok matçında het-trikə imza atıb. Qarayev 2006-cı il oktyabrın 16-da Quba "Şahdağ"ı ilə 6:0 hesablı qələbə ilə başa çatan ev oyununda 3 topa imza atmışdı. Ümumilikdə isə "Qəbələ"də ilk het-trikinə imza atan xorvatiyalı klub tarixində bunu bacaran 16-cı futbolçu olub. Bu, həm də "Qəbələ"li oyunçuların 34-cü het-trikidi.
"Mil-Muğan"la qarşılaşmada 4 futbolçu ilk dəfə "Qəbələ" forması geyinib. Hacıağa Hacıyev, Aqil Məmmədov, Amin Seydiyev və Ülvi İsgəndərovun debütü ilə klub tarixinin rəsmi matçlardakı ümumi futbolçu sayı 227-yə çatıb. Bu qarşılaşmayadək "qırmızı-qara" forma ilə 223 oyunçu meydana çıxmışdı. Bu futbolçulardan 119-u qol sevinci yaşayıb. Debütü qolla qeyd edən Ülvi və Hacıağa bunu bacaran 117 oyunçuya qoşulublar.
"Mil-Muğan"la oyunda start heyətində meydana çıxan Ürfan Abbasov "Qəbələ"də 19-cu kubok matçını keçirib. Müdafiəçi bu komandada ən çox kubok oyunu keçirən futbolçu adına yiyələnib. Hesabında 19 qarşılaşma olan Abbasov 18 oyun keçirən Samir Zərgərovu arxada qoyub.
"Mil-Muğan"la matçda penalti zərbəsi ilə hesabı açan Cavid Hüseynov "qırmızı-qara" formada 10-cu dəfə 11 metrlik zərbəni yerinə yetirib. Bütün zərbələri qolla nəticələnən kapitan bu göstəricidə klub tarixinin rekordçusudu.
Qəbələ şəhər stadionundakı qələbə klubun tarixində 46-cı, Azərbaycan kubokunda 9-cu böyükhesablı qələbə olub. "Qırmızı-qaralar" öz meydanında 29-cu dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib. Kubokdakı belə qələbələrdən 7-si evdə, 2-si səfərdə qeydə alınıb.
"Mil-Muğan"la görüşdə 8:0 hesablı qələbə qazanan komanda kubok tarixində özünün ən böyükhesablı qələbəsini əldə edib. Bunadək rekord 2015-ci il dekabrında eyni rəqiblə matçda qazanılan 7:0 hesablı qələbə idi.
"Qəbələ" həm də klub tarixinin ən böyükhesablı qələbəsini təkrarlayıb. 3-cü dəfə 8 top fərqi ilə qalib gələn "qırmızı-qaralar" 1-ci dəstədə "Şərur"u (2005-ci il sentyabrın 21-də), Premyer Liqada "Neftçi"ni (2016-cı il sentyabrın 10-da) bu hesabla məğlub etmişdi.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Sumqayıt | 31 | 12 | 11 | 8 | 32-34 | 47 |
3 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
4 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 31 | 11 | 9 | 11 | 47-44 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 22 | 14 | 6 | 2 | 38-14 | 48 |
2 | İmişli | 22 | 12 | 7 | 3 | 34-15 | 43 |
3 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 22 | 9 | 5 | 8 | 26-26 | 32 |
6 | Zaqatala | 22 | 6 | 8 | 8 | 27-28 | 26 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 22 | 4 | 5 | 13 | 26-38 | 17 |
10 | Araz Saatlı | 22 | 3 | 1 | 18 | 22-64 | 10 |