"Futbol+" qəzeti 20 illik yubileyini qeyd etdi - Baş redaktora "Qarabağ"ın forması hədiyyə olundu
Paytaxtımızın şadlıq evlərindən birində "Futbol+" qəzetinin 20 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Sportfm.az saytı xəbər verir ki, yubiley mərasimində ölkə futbolunun tanınmış simaları, jurnalistlər iştirak edib. Məclisi giriş sözü ilə açan qəzetin sahibi Vüqar Məmməd arxada qalan illər ərzində keçdikləri şərəfli və keşməkeşli "yol"dan bəhs edib. Sonra söz alan baş redaktor Mahir Rüstəmli 20 il ərzində onları yalnız buraxmayan oxuculara təşəkkürünü bildirib. Tədbirdə qəzetin yaranmasından başlayaraq, bu günə qədər gəlib çıxmasında müstəsna rol oynayan insanlardan bəhs edən, müasir dövrdə "Futbol+"-un fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş etdirilib. Millət vəkili Aqil Abbas, PFL prezidenti Ramin Musayev də qəzetin kollektivinə öz təbriklərini çatdırıblar. "Qarabağ"ın və yığmamızın baş məşqçisi Qurban Qurbanov qəzetin baş redaktoru Mahir Rüstəmliyə Ağdam klubunun 20 nömrəli formasını hədiyyə edib.
Tədbir bədii hissə ilə sona çatıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |