Baqali Dabo "Qəbələ"nin tarixinə necə düşdü?
Topaz Premyer Liqasının XIII turunun “Kəpəz”lə səfər oyununda 2 qol vuran Baqali Dabo “Qəbələ”nin tarixində ən məhsuldar oyunçular siyahısında “Top-5”ə daxil olub.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hesabında 19 qol olan hücumçu 4-5-ci yerləri Daniel Subotiçlə bölüşür. Yalnız üç futbolçu - Viktor Mendi (33), Dodo (30) və Rövşən Əhmədov (20) daha çox qol vurub. Premyer Liqada 15-ci dəfə fərqlənən Baqali UEFA Avropa Liqasında 3, Azərbaycan kubokunda 1 qola sevinib.
Baqali Dabo “Qəbələ”nin tarixində ən çox dubl edən futbolçu adına yiyələnib. “Kəpəz”lə qarşılaşmada 2 dəfə fərqlənən hücumçu “qırmızı-qara” formada 5-ci dublunu rəsmiləşdirib. Bununla da Dabo 4 dəfə dubl edən Kənan Kərimovu arxada qoyub. Baqali ötən mövsüm 1 dəfə Premyer Liqa, 1 dəfə UEFA Avropa Liqasında, cari mövsümdə isə 3 dəfə Premyer Liqada bir oyuna 2 qol vurub. O, həm də bir çempionatda 3 dubla imza atan ilk “Qəbələ”lidir.
“Kəpəz”lə qarşılaşmanın 26-cı saniyəsində hesabı açan Baqali Dabo mövsümün ən erkən qoluna imza atıb. O, “Qəbələ”nin tarixinə 1-ci dəqiqədə qol vuran 3-cü futbolçu kimi düşüb. Lakin Dodo və Yannik Kamanan ev oyununda bunu bacarmışdısa, Dabo klub tarixinə ən erkən səfər qolunun müəllifi kimi düşüb.
Yannik Kamanan - 23.02.2013. “Qəbələ” - “Xəzər Lənkəran” - 2:0
Dodo - 04.10.2015. “Qəbələ” - “Xəzər Lənkəran” - 6:0
Baqali Dabo - 25.11.2017. “Kəpəz” - “Qəbələ” - 1:6
Gəncədə qazanılan nəticə “Qəbələ”nin tarixində 45-ci, Premyer Liqada 25-ci böyükhesablı qələbə olub. “Qırmızı-qaralar” səfərdə 17-ci belə uğura imza atıb ki, onlardan 11-i Premyer Liqaya təsadüf edib.
“Qəbələ” tarixində 8-ci dəfə bir oyunda 6 və ya daha çox qol vurub. Həm də 5 və ya daha çox fərq qeydə alınan matçlardan 3-ü səfərdə baş tutub. Premyer Liqada 4 belə qələbəsi olan “Qəbələ” 3-cü dəfə rəqib meydanında qalib gəlib. Ümumiyyətlə, daha böyük fərqli qələbələri olan “qırmızı-qaralar” ilk dəfə 5 top fərqilə üstün olub.
11.11.2007. “Gənclərbirliyi” - “Qəbələ” - 0:6
04.10.2015. “Qəbələ” - “Xəzər Lənkəran” - 6:0
10.09.2016. “Neftçi” - “Qəbələ” - 0:8
25.11.2017. “Kəpəz” - “Qəbələ” - 1:6
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |