Mövsümün ən böyük hesabı
Topaz Premyer Liqasında mövsümün ən böyük hesabı qeydə alınıb.
Sportfm.az xəbər verir ki, VIII turun “Səbail”lə səfər oyununda 4:0 hesablı qələbə qazanan “Neftçi” cari mövsümdə 4 və ya daha çox top fərqilə qalib gələn ilk komanda olub. Bunadək qeydə alınan üç böyükhesablı nəticənin hamısında fərq 3-ə bərabər olub.
Bu məğlubiyyət “Səbail”in tarixinə Premyer Liqadakı ilk böyükhesablı yenilgi kimi düşüb. Paytaxt təmsilçisi buna üzülən 58-ci komanda olub. Bununla da nəticələri ləğv olunan “Gənclik”dən başqa Premyer Liqada oynayıb, belə yenilgi almayan komanda qalmayıb. Bu siyahıda antirekord MOİK-ə məxsusdur – 52 böyükhesablı məğlubiyyət.
Belə qələbələr sayında rekordçu olan “Neftçi” isə 118-ci uğuruna sevinib. “Ağ-qaralar” bu il aprelin 15-də AZAL üzərində 4:0 hesablı qələbədən 183 gün sonra böyük fərqlə qalib gəlib. Son böyükhesablı qələbələrini evdə qazanan “Neftçi” rəqib meydanında belə uğuru təxminən 4 il 8 aydan sonra əldə edib. Bakılılar səfərdəki son belə qələbəsini 1709 gün əvvəl - 2013-cü il fevralın 9-da “Kəpəz”i 3:0 hesabı ilə udanda qazanmışdı. Maraqlıdır ki, həmin qarşılaşma da “Səbail” – “Neftçi” matçının keçirildiyi “Dalğa Arena”da baş tutmuşdu.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |