Bəxtiyar Soltanov:"Mənim üçün ən doğma klub..." - ÖZƏL
Birinci Divizionun 2-ci turunda “Binə” komandası ilk qələbəsini rəsmiləşdirdi. Klubun heyətində perspektivli gənc futbolçularla yanaşı, təcrübəli oyunçular da yer alır. Onlardan biri – 28 yaşlı hücumçu Bəxtiyar Soltanov Sportfm.az saytının suallarını cavablandırıb.
- Çoxları Bəxtiyar Soltanovun böyük futboldan getdiyini düşünürdü, sən isə gözlənilmədən “Binə”də peyda oldun!
- AZAL-dan ayrıldıqdan sonra çempionatda uzun müddət fasilə oldu. Sonrakı taleyimlə bağlı qərar verməmişdim. Klub rəsmiləri həmin ərəfədə mənə “Binə”dən təklif olduğunu bildirdilər. Klub rəhbərliyi ilə görüşməyə qərar verdim, şərtlərdə razılaşdıq və burada oynamağa qərar verdim. İnanıram ki, hər şey yaxşı olacaq.
- Aşağı yaş qrupları üzrə yığma komandalarımız da çıxış etmisən. Həmin dövrdə xarici klublardan transfer təklifi almısanmı?
- Yox, belə bir təklif olmayıb. Amma olsaydı, dəyərləndirərdim. Ölkə xaricində özümü sınamağı hər zaman istəmişəm.
- Uzun müddət Premyer Liqada top qovan futbolçu kimi, deyə bilərsən, Birinci Divizion səviyyəsinə görə futbol elitamızdan çox fərqlənir?
- Bəli, açığı çox fərqlənir. Divizionda oynamaq çox çətindir. Burda qaçıb, mübarizə aparmaq lazımdır. Oyunçuların ustalığı baxımından təbii ki, Premyer Liqa biraz daha üstündür. Limit yığışdırıldığı üçün bu il 1-ci Divizion daha maraqlıdı. Ötən mövsüm Premyer Liqada çıxış edən bir çox futbolçu hazırda aşağı dəstədə mübarizə aparır.
- Müasir hücumçulardan kimi bəyənirsən?
- Bəyəndiyim futbolçu braziliyalı Ronaldo olub. Muasirlərdən isə Kriştiano Ronaldonun ən güclü olduğunu düşünürəm.
- Bəxtiyar, bir çox klubların şərəfini qorumusan, özünə ən doğma hesab etdiyin klub hansıdı?
- Mənim üçün ən doğma olan klub “Bakı” olub. Uşaqlıqdan orda olmuşam. 6 il “Bakı”nın şərəfini qorumuşam.
- Ölkə kubokunda sabiq klubun “Kəpəz” ilə qarşılaşacaqsız. Şanslarınızı necə dəyərləndirirsən?
- Mənim fikrimcə, Gəncə klubunu keçmək olar. Oynamaq lazımdı. İnanıram ki, mərhələni adlayan tərəf biz olacağıq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |