“Çelsi”nin qalib olduğu turnirdə, klubumuzun uğurlu çıxışı
"Vətən” RİOEUG Futbol Məktəbinin U10 komandası 16-19 iyun tarixində Avstriyanın paytaxtı Vyanada keçirilmiş dünyanın ən böyük futbol yarışı - "Champions trophy 2017” beynəlxalq futbol turnirinin final mərhələsində iştirak edib.
Sportfm.az xəbər verir ki, 10 yaşlı futbolçulardan təşkil olunmuş və ilkin mərhələlərdə 1000-dən çox komandanın qatıldığı turnirin final mərhələsində 128 komanda qalib adı uğrunda mübarizə aparıb. İştirakçılar hər birində 8 komanda olmaqla 16 qrupa bölünüblər. A qrupunda yer alan "Vətən” keçirdiyi 7 oyunda 10 xal toplayaraq mübarizəni qruplarında 3 və 4-cü yeri tutmuş komandalar arasında davam etdirib. Komandamız qrup mərhələsində Avstriyanın «Innsbruk Vest» (3:0) və «Brunn» (8:1) komandalarına, həmçinin, Çexiya təmsilçisi «Slovaçko»ya (4:1) qalib gəlib. Serbiyanın «Tutin» (1:2), Avstriyanın «Stadlau» (2:3) və Madridin «Atletiko» (0:1) komandalarına məğlub olan «Vətən» yeganə heç-heçəni Sloveniyanın «Lyublyana» komandası ilə edib – 1:1.
Bundan sonra «Vətən» 4 komandadan ibarət 8 qrupda mübarizəni davam etdirib. 2-ci qrupda yer alan 10 yaşlılarımız LASK-a (Avstriya) qalib gəlib – 3:0. Bosniya və Hersoqovinanın «Sarayevo» və Avstriyanın «Vaenerberq 1921» komandaları ilə oyunlarda isə hesab açılmayıb. Beləliklə, «Vətən» 3 komandanın 5 xal topladığı 2-ci qrupda 3-cü yeri tutub.
Turnirin 3-cü yekun mərhələsi hər qrupda 3-cü yeri tutmuş komandalar (8 komanda) arasında olimpiya sistemi əsasında davam etdirilib. Bu mərhələdə "Vətən” sona qədər irəliləyərək 3-cü yerlər arasında ən yaxşı nəticəni göstərib. Komandamız 1/4 finalda «Maribor»u (Sloveniya) (1:1, pen. 6:5), yarımfinalda isə «Kid Tampa Braşov»u (Rumıniya) (1:1, pen. 6:5) mübarizədən kənarlaşdırıb. Finalda isə Xorvatiyanın «Ponikve»sinə heç bir şans verməyib – 3:0.
"Champions trophy 2017”də komandamız ümumilikdə 8 ölkədən 13 komanda ilə qarşılaşıb. Turnirin qalibi "Çelsi” (İngiltərə) olub. "Benfica” (Portuqaliya) gümüş, "Juventus” (İtaliya) isə bürünc medalları qazanıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |