Futzal Federasiyasının planları "suya düşdü"
Futzal Federasiyasının prezidenti Zaur Axundov həm "İnter”lə, həm də futzalla məşğul olduğundan, təşkilati işlərdə axsama var və hiss olunur ki, çatdırmır. Xüsusilə də millinin baş məşqçi məsələsi yubanır. Əvvəlcədən xəbər verilmişdi ki, iyunun 10-na qədər təyinat gerçəkləşəcək. Ancaq Axundov sonradan vaxtı daha bir həftə uzatdı: "Rusiya, Ukrayna və Braziliyadan olan mütəxəssislərlə danışıqlar gedir. Fikirləşirəm ki, uzağı bir həftəyə bu məsələ həll olunacaq”.
Zaur bəy həmçinin Biro Jadeni əvəzləyəcək məşqçini gözləyən problemlərdən də danışmışdı: "Statistikaya əsaslansaq, yığmamızın Avropa çempionatının final mərhələsinə asanlıqla yüksəldiyini iddia etmək olar. Ancaq peşəkar yanaşsaq, bu belə deyil. Ən böyük problemimiz müdafiə ilə bağlı idi. Düzdü, bizdə Rizvan Fərzəliyev kimi təcrübəli müdafiəçi var. Ancaq Rizvana da ağırdı, yaş öz işini görür. Həm də sırf son müdafiəçi olduğundan arxa xətdə çox ciddi problemlər vardı. Bu il həmin problemləri aradan qaldırmağa hazırlaşırıq. Komanda hücumda işinin öhdəsindən gəldi, ancaq müdafiə, demək olar, yox səviyyəsində idi. Bu çox ciddi problemdi və artıq üzərində müəyyən iş gedir. Yəqin ki, milliyə bir-iki sırf müdafiəçi cəlb olunacaq. Bu mövqe üçün yerli futzalçılarımız var. Ola bilər ki, bir nəfər də Braziliyadan və ya İspaniyadan dəvət olunsun. Bundan başqa, bir-iki azərbaycanlı futzalçı var ki, Rusiyada oynayırlar. Əsas məqsədimiz onları milliyə cəlb eləməkdi”.
Federasiyanın Rusiyada legioner həyatı yaşayan həmyerlilərimizdən biriylə danışıqları uğursuz alınıb. Söhbət KPRF-də top qovan Ruslan Qurbanovdan gedir. İsmayıl kişinin oğlu bu komandanın heyətində gənclər liqasında da çıxış edib. 23 yaşlı futzalçı əslində Rusiya karyerasına "Mıtişi”də başlayıb. O, 2010-cu ilin yanvarından iyuluna kimi bu komandanın yeniyetmələrdən ibarət kollektivində top qovub. Sonra "Norilski Nikel”ə keçib və orda iki mövsüm müdafiəçi mövqeyində çıxış edib. Maraqlıdı ki, 2012-dən KPRF-nin əvəzedicilərində, 2013-ün martından isə əsas komandasında oynayan Ruslan son klubunda universal kimi tanınır. Futzal Federasiyası bir neçə gün öncə onunla təmas qurub, danışıq aparıb. Ancaq Qurbanov yığmada oynamaqdan imtina edib. İmtinasını isə belə izah edib: "Qardaşım bu il ali məktəbə qəbul olunub. Moskva universitetlərinin birində oxuyacaq. Buna görə onu orda tək qoya bilmərəm. Çünki valideynlərim Rusiyada yaşamır, Azərbaycandadılar”.
Burdan belə aydın olur ki, bizimkilər ona həm də "Araz”a keçməyi təklif ediblər. Əks halda, milliyə görə ildə iki-üç dəfə Azərbaycana gəlməli olan adam niyə bu təklifdən imtina etsin ki? Ya zəlzələdən, ya vəlvələdən, yığmanın Rusiya superliqası təcrübəsi olan gənc futzalçıyla güclənmək planı suya düşüb. Ancaq əldə etdiyimiz bilgiyə görə, federasiya digər variantları nəzərdən keçirir. Adı açıqlanmasa da, Rusiyada top qovan başqa həmyerlilərimizin də olduğu bildirilir. Rəhbərlik mümkün qədər çox futzalçını bir araya gətirmək istəyir ki, yaxın günlərdə millinin "sükanı arxasına” keçəcək mütəxəssis üçün seleksiya xarakterli toplanış təşkil etsin.
Mənbə: Futbol+qəzeti
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |