Kimsəsiz və yiyəsiz, can verən "Göyəzən" - Qazaxdan FOTO
Qazax düz 10 ildi Premyer Liqadan aralı-uzaq düşüb. Elitada keçirdikləri sonuncu mövsüm əslində göstərmişdi ki, "Göyəzən"i irəlidə nə gözləyir. 1 qələbə qazanmadan sezonu qapadan və o vaxt-bu baxt I Divizionda ili ilə calayan qərblilər hazırda yaşamaq uğrunda mübarizə aparmır. Klubun düşdüyü vəziyyət sürünməkdən başqa bir şey deyil.
"Göyəzən" PFK 1986-cı ildə yaradılıb. SSRİ çempionatının ikinci dəstəsində mübarizə aparıb. 1992-ci ildə keçirilən ilk Azərbaycan çempionatının iştirakçısı olub. Daha sonra 3 mövsüm aşağı dəstədə mübarizə aparıb, ardından 7 il fəaliyyət göstərməyib.
2003-cü ildə fəaliyyətini bərpa edən "Göyəzən" həvəskarlar arasında UEFA Regional Kubokunda Azərbaycanın adını duyurub, 2004/05 mövsümündən güclülər dəstəsinə vəsiqə qazanıb. İki mövsüm həmin liqada çıxış edən Qazax təmsilçisi yenidən I Diviziona yuvarlanıb. Elə həmin vaxtdan indiyə qədər "bataqlıq" içindədi.
Klubu sponsorunun quruca adı var. Deyirlər, "Turanbank"dı. Amma nə bankdı bu, adını niyə bank qoyub, nədi məqsədi, bilinmir. "Göyəzən"ə ayırdığı vəsait qəpik-quruşdu. "Şapka Mamed" kimi tanınan iş adamına məxsus olduğu deyilən bank komandanın futbolçusuna 50-100 manat civarında maaş verir.
"Yox yerdə buna da şükür" deyib, göz yummaq olmur. Axı nə qədər olar belə? Nəvaxtadək? Qazax əhlini, futbolu sevən bu rayonu "Göyəzən"lə sınağa çəkmək, əsəbləriylə oynamaq, iztirab içində çürütmək nəyə və kimə lazım? Bilən yoxdu. Söz də budu: YOXDU!
Yox puldu. Futbolda hər şey elə pulun başında deyilmi? "Turanbank"ın, eləcə də Qazaxın özünün say-seçmə imkanlı şəxslərinin gücü daxilindədi bu cəbhə bölgəsində idmanın "şah"ını inkişaf etdirmək. Nə məsələdisə, onların biri də bu məkana baş çəkmir, problemlərlə maraqlanmır, uçub-dağılan stadionu, bazanı öz gözüylə görmək istəmir.
Quru yurd qalıb sadəcə. Stadionun daxil olduğu Qazax İdman və Sağlamlıq Komleksinin tərkibində mehmanxana, güləş zalı, üzgüçülük hovuzu, trenajor zalı, yüngül atletika bölmələri var. Bu gün onlardan yalnız meydança və güləş zalı fəaliyyət göstərir. Arenanın təməli 1981-ci ildə atılıb. Azarkeş tutumu 13500 nəfərdi, təxminən 3500 oturacaq quraşdırılıb.
Sonuncu dəfə 2004-cü ildə ölkə prezidenti Qazaxa gələndə əsaslı təmir olunub. Bu illər ərzində tribunalar tamamilə yararsız vəziyyətə düşüb. AFFA Qərb Regional Futbol Federasiyası yerləşən, yuxarı başında "Azərbaycan idmanına eşq olsun!" şüarı yazılan stadion acınacaqlı vəziyyətdədir. Qapılar dəyişdirilməyib, ehtiyat oyunçular skamyası uçub-dağılır, meydançaya çəkilən cərimə və yan xətt zolaqlarını ot basıb.
Ot örtüyü tamamilə təbiidi. Yəni yağış yağsa ot bitir, yağmasa, bomboz bozarır. Sağ və sol künclərdə adam boyu qartımış qamışlara rast gəlmək mümkündü. Hətta meydança lazım olanda yaxın qonşuların inəklərinin örüş yeri kimi istifadə olunur.
Qərb bölgəsini Premyer Liqada "Kəpəz" təmsil edir. AFFA-nın hesabına, təbii ki. "Şəmkir" və "Turan" "Göyəzən"lə bərabər I Divizionda Allahın ümidinə qalıb. Tovuz klubu son mövsümün çempionu oldu, çi fayda, qapısında "Vağzalı" çalınmadı. "Şəmkir" 1-2 fırıldaqçının əlində qalıb, "Göyəzən" isə tək-tənha, ortalıqda.
Halbuki yaxın və uzaq qonşularının heç birində olmayan potensial Qazax komandasında var. Stadion kompleksi çox gözəl mövqedə, mənzərəli məkanda yerləşir. Ərazisi bir neçə hektardı. Nələr etmək olmaz burda, nələr! Tik, qur, yaşasın! Qərb zonasının ən böyük akademiyasını "Göyəzən"in bazasında yaratmaq mümkündü.
Darısqallıqdan söhbət gedə bilməz, havası da hava. Camaatı qonaqpərvər və futbolsevər - bura sponsor qayğısı da əlavə olunsa, illərdi yığılıb qalan problemlərin əlindən Göyəzən dağının zirvəsinə qalxıb ordan özünü yerə atmaq istəyən kluba "ikinci nəfəs" gələr. Qazaxlı ata bu gün uşağına o dağı fəxrlə göstərir, ona onun zirvəsini fəth etməyi arzulayır, amma "Göyəzən"i göstərmir, arzulamır. Prespektiv görmür, bu üzdən.(sportinfo.az)
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 14:46
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |