Lorenzo oynamadı, "Neftçi" meydana çıxmadı - HADİSƏ
"Neftçi” PFK-nın U-10 komandası Tbilisidə təşkil edilən SSRİ-nin əməkdar idman ustası Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 4-cü yeri tutub.
Sportfm.az xəbər verir ki, qrup birincisi kimi 1/4 finala vəsiqə qazanmış komanda bu mərhələdə "Dinamo məktəbi”nə (U-10) 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu Lorenzo Mezzotero vurub. Lakin yarımfinalda "Dinamo akademiyası” (U-10) səddi keçilməz olub – 0:3. "Neftçi” "Saburtalo” ilə 3-cü yer uğrunda qarşılaşmada 2:0 hesabı ilə irəlidə olsa da, sonda qələbəni əldən verib – 2:2. Təəssüf ki, oyunsonrası penalti seriyasında məğlub olan "Neftçi" 4-cü yerlə kifayətlənməli olub.
"Neftçi"nin turnirdəki digər təmsilçisi U-9 komandası isə haqsızlığa uğrayıb. 1/4 final mərhələsində "Neftçi” (U-9) – "Dinamo məktəbi” (U-9) oyununun ilk hissəsindən (1:2) sonra rəqib klub bunadək U-10-da da oynamış futbolçu Lorenzo Mezzoteronun U-9-un formasını geyinməsinə etiraz edib. 2008-ci il təvəllüdlü, yəni 9 yaşlı futbolçunun həm U-10, həm də U-9 komandasının heyətində meydana çıxmasının reqlamentə zidd olmadığı sübuta yetirilsə də, rəqib komanda etirazından əl çəkməyib. Nəticədə "Neftçi” birinci hissədə qol vurmuş Lorenzo Mezzoteronun xidmətindən fasilədən sonra yararlana bilməyib. Bununla belə, Vüsal Kərimovun qolu sayəsində hesabı bərabərləşdirməyə nail olan komanda oyunsonrası penalti seriyasından qalib ayrılaraq, yarımfinala vəsiqə qazanıb. Lakin təşkilatçılar Lorenzo Mezzoteronun ilk hissədə meydanda olduğunu əsas gətirərək, komandaya texniki məğlubiyyət veriblər. Belə olduğu halda, "Neftçi” haqsızlığa etiraz əlaməti olaraq 5-ci yer uğrunda oyuna çıxmaqdan imtina edib.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |