Klub prezidenti:"Komandalara dövlət tərəfindən pul ayrılır" - ÖZƏL
Dalbadal 2-ci mövsüm Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparacaq. Ardıcıl 3-cü il Azərbaycan Birinci Divizionunun qalibi Premyer Liqaya yüksələ bilməyəcək. Futbolumuzda hökm sürən xaos tək bunlarla bitmir. "Futbolun inkişafına dair dövlət proqramının” icrası müddətində gözdən pərdə asmaq üçün yaradılanlar bir-bir dağılmaqda davam edir. Bizdən fərqli olaraq stabil inkişaf yolunu tutan qonşu Gürcüstanda futbol proqramı yeni qüvvəyə minib, müddəti isə 5 illikdir. Proqramın qüvvəyə minməsindən bir il sonra ölkənin Yüksək Liqasında 10 komanda, Birinci Liqasında eyni sayda klub və Milli Liqa adlanan 2-ci liqasında 34 kollektiv mübarizə aparır. Bunlardan əlavə bu kiçik ölkədə həvəskarlar və kəndlər liqası da var. Bizə doğma olan, azərbaycanlıların yaşadığı Qardabani(Borçalı mahalının Qarayazı bölgəsi – A.Ə.) rayonunun eyniadlı komandasının prezidenti Quram Çvintiaşvili redaksiyamızın qonağı oldu. Söhbətə komandanın yaranma tarixindən başladıq:
- Bu komandanı 2015-ci ildə yaratmışıq. Bu istək məndə çoxdan vardı, sadəcə, bunun üçün lazımi şərait yox idi. Qoça Camarauli (sabiq futbolçu) bizim rayona icra başçısı təyin edildikdən sonra bu ideyanı həyata keçirmək mümkün oldu. "Trabzonspor”un sabiq üzvü rayonun peşəkar komandasının yaranmasını istədi.
- Ancaq mən bildiyimə görə, Qardabaninin "Samqori” adlı komandası vardı. Hətta sovet dönəmində həmin komanda Gürcüstan çempionatında çıxış edirdi.
- Düz deyirsiniz, həmin komanda indi də var, sadəcə təsisçilər Tbilisidən olduğu üçün komanda diqqətdən kənarda qalıb. Biz yeni kollektiv yaratmaq istədik.
- Və hazırda "Qardabani”də baş məşqçi funksiyasını azərbaycanlı mütəxəssis Adil Mahmudov yerinə yetirir.
- Mahmudovla uzun illərdir əlaqələrimiz var. O Qusar təmsilçisi "Şahdağ”ı tərk etdikdən sonra biz ona komandamızın baş məqşçisi olmağı təklif etdik, şərtlərdə razılaşdıq və onunla müqavilə imzaladıq. Onun işindən çox razıyıq. Gənclərdən qurulan komanda olmağımıza baxmayaraq, yaxşı nəticələr qazanırıq.
- Qardabaninin əhalisinin böyük əksəriyyəti azərbaycanlılardır. Azərbaycanlı futbolçularınız varmı?
- Təbii ki, var. 4 nəfər yerli gənc futbolçumuz heyətdə yer alır. Üstəlik, bir zamanlar Bakı "İnter”ində çıxış edən Ramil Mansurov da "Qardabani”də çıxış edir. Düşünürəm ki, gələcəkdə yerli futbolçuların sayı daha da artacaq. Biz bunu çox istəyirik.
- Komandanın sponsorları necə, bunu istəyirlər?
- Bizim komandamızın sponsoru yoxdur, "Qardabani” dövlət proqramı çərçivəsində maliyyələşdirilir. Artıq bütün Gürcüstanda belədir. Klublara dövlət tərəfindən pul ayrılır. İrəliləyən illərdə gürcü futbolu bunun çox bəhrəsini görəcək.
Söhbətləşdi: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Milli üzvləri ilə psixoloq işləyəcək 19.03.2024, 12:35
Almaniyada Dünya Kubokunda iştirak edəcəklər 19.03.2024, 12:28
Heç kim AFFA prezidenti olmaq istəmir! 19.03.2024, 11:47
Santuş gedir, Qurbanov gəlir - İddia 19.03.2024, 11:42
Yaponlar bizdən güclü oldu - Dünya Kuboku 19.03.2024, 10:19
Ronaldo meydana çıxmayacaq 19.03.2024, 10:15
"Turan"ın futbolçusu Meksikaya qarşı 19.03.2024, 09:48
“Bakı”nın məşqçisi cəzalandı 18.03.2024, 22:00
Cüdo hakimlərimiz Avropa Kubokunda 18.03.2024, 21:20
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |