"Kəpəz"in futbolçusu: "Bütün heyət şokdan ayıla bilmədi"
"Bu cür başlanğıcı heç kim gözləmirdi, xüsusən də biz futbolçular. Hamı "Kəpəz”in uğurlu çıxışına ümid edirdi, amma nəticə başqa cür oldu”.
Sportfm.az xəbər verir ki, bu sözlər "Kəpəz”in əsas komandasının üzvü Azad Kərimova məxsusdur. Gənc müdafiəçi Topaz Premyer Liqasının XV turu çərçivəsində "İnter”ə məğlubiyyət haqda danışarkən belə deyib. Kərimov klubun rəsmi saytına daha sonra bunları əlavə edib: "Bir-birindən fərqlənən iki hissə oldu. İlk yarıda yaxşı oynadıq, qol da vurduq. Fasilədən sonra "Kəpəz” özünə oxşamadı. Nə baş verdiyini, nə yaşandığını anlamadıq. Bütün heyət şokdan ayıla bilmədi. Biri var bir futbolçu oynamasın, biri də var ki, meydanda onların hamısı dayansın. Kollektiv şəkildə oynaya bilmədik. Qolları da ardıcıl buraxdıq. Bu, bizə böyük bir dərs oldu. Bundan nəticə çıxarmalıyıq”.
Bakı klubu ilə oyundan sonra keçirilən mətbuat konfransında "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev məğlubiyyətin səbəblərini futbolçularda yox, özündə axtardığını bildirmişdi. Kərimov isə fərqli düşünür: "Məğlubiyyətdə hamımızın səhvi var. Təkcə baş məşqçi günahı öz üzərinə götürməməlidir. Əsas futbolçulardır, çünki meydanda mübarizə aparan, qaçan biz idik. Şahin müəllim buna neyləsin? Məşqçi tapşırığını verir, yetirmələrinə yol göstərir. Taktiki göstərişlərə oyunçular əməl etməlidirlər. "İnter” ilə oyunun ilk yarısında son dəqiqəni çıxmaq şərtilə deyilənləri yerinə yetirdik. Amma fasilədən sonra hər şey dəyişdi. Hamı üçün soyuq idi. Biz isə sanki donmuşduq”.
Çempionatın XVI turunda "Kəpəz” doğma meydanda "Zirə”ni qəbul edəcək. Arxa xətt oyunçusu 2017-ci ilin ilk ev oyununda azarkeşləri sevindirəcəklərinə inandığını bildirib: "Məğlubiyyətdən nəticə çıxarmışıq. Ona görə də "Zirə” ilə oyuna ciddi hazırlaşırıq. Qələbə qazanmaqla yenilgini unutdurmaq istəyirik. Bu gün məşqdən öncə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu da bizimlə görüşüb, komandaya dəstək oldu. O, oyunla bağlı fikirlərini bildirib, müvafiq tapşırıqlarını verdi. Azarkeşlərimiz də bizdən ancaq qələbə gözləyir. Bunu yaxşı başa düşürük. İnşallah, oyunun hesabı da arzuladığımız kimi olar”.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |