"Qarabağ"ın legioneri ən intizamsız futbolçu seçildi - Avropa Liqası
UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Sportfm.az xəbər verir ki, ilk 3 tur ərzində ən çox qaydanı pozan futbolçuların siyahısında "Qarabağ"ın üzvü Filip Ozobiç də yer alıb.
29 yaşlı yarımmüdafiəçi bu göstəriciyə görə ilk iki pilləni bölüşür. Xorvatiyalı oyunçu və Serbiya "Srvena Zvezda"sında çıxış edən Dieqo Farçinelli üç oyun ərzində 13 dəfə "foul" edib. Ozobiç ardıcıl 3 görüşdə sarı vərəqə ilə cəzalandırılıb və IV turda cəzalı duruma düşüb.
"Qarabağ" klubu Avropa Liqasındakı 48 komanda arasında qayda pozuntuların sayına görə 3-4-cü pillələri bölüşür.
Qeyd edək ki, qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |