"Oyun ərzində rəqibin 100 faizlik qol epizodunu xatırlamıram" - Füzuli Məmmədov
"İndiki vəziyyətdə futbolçuları psixoloji cəhətdən oyuna kökləmək çətin olur. Bunun üçün əlimizdən gələni etmişdik. Düşünürəm ki, komanda üzvləri onlara verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar".
Sportfm.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sumqayıtl"la oyundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, hər iki komandanın yüz faizlik epizodu olmayıb. O, penalti epizodunu görmədiyini deyib. F.Məmmədov cəbhədəki olaylara görə psixoloji cəhətdən komandanı oyunlara kökləməkdə çətinlik çəkdiyini vurğulayıb: "Hər birimizin cəbhədə qohumları döyüşür, şəhid olanlar var. Hər gün qələbə xəbərləri gözləyirik, avtobusa minəndə futbolçuların əllərindən telefon düşmür".
Baş məşqçi Emin Mahmudovun "Neftçi"də əsas heyətdə yerini itirdiyi fikri ilə razılaşmayıb: "Emin ötən gün məşqdə yüngül zədələndi, ona görə bu gün meydana çıxmadı".
Mütəxəssis Prins İbaranın ümidləri doğrultmadığını da diqqətə çatdırıb. O, konqolu hücumçu ilə danışacağını və daha fəal olmasını istəyəcəyini əlavə edib.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 21 | 13 | 6 | 2 | 37-14 | 45 |
2 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
3 | İmişli | 21 | 12 | 6 | 3 | 32-13 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 21 | 9 | 5 | 7 | 26-25 | 32 |
6 | Zaqatala | 21 | 5 | 8 | 8 | 25-28 | 23 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 21 | 4 | 4 | 13 | 24-36 | 16 |
10 | Araz Saatlı | 21 | 3 | 1 | 17 | 22-62 | 10 |