"Qəbələ" - "Sabah": 13-cü duel
Bu həftə Azərbaycan Premyer Liqasında II dövrə start götürəcək. “Qəbələ” VIII turun matçını evdə keçirəcək. “Qırmızı-qaralar” öz meydanında “Sabah”la görüşəcək.
Sportfm.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı matç rəqiblərin 13-cü matçı olacaq. İlk duelləri 2 il öncəyə təsadüf edən komandalar indiyədək 12 dəfə üz-üzə gəlib. Səkkiz dəfə Premyer Liqada, dörd dəfə Azərbaycan kubokunda görüşən rəqiblərin duellərində üstünlük “Qəbələ”nin tərəfindədir. 7 dəfə qələbə qazanan “qırmızı-qaralar” 1 oyunda heç-heçə edib və 4 matçda uduzub. Rəqib qapısından 15 top keçirən futbolçular 12 qol buraxıb. “Qəbələ”nin bu oyunlardakı ən yaxşı bombardirlər Davit Volkovla Klesio Baukdur. Onlar hərəyə 3 qol vurublar.
Premyer Liqadakı oyunlarda bakılılar 4, qəbələlilər 3 dəfə üç xala sevinib. Bir dəfə isə sülh qeydə alınıb. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir – 10:7. Öz meydanında 3 qələbə və 1 heç-heçəsi olan “Qəbələ” yalnız 1 matçda məğlub olub. Komandanın ev oyunlarındakı üstünlüyü top fərqində də əksini tapıb – 8:6.
Xatırladaq ki, oktyabrın 31-də keçiriləcək “Qəbələ” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |