"Qəbələ" Avroliqada: 21 futbolçu, 5 qələbə, 20 qol
Avrokuboklarda 2016/17 mövsümünün ilk yarısı başa çatıb. Ardıcıl 3-cü dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qəbələ” çıxışını dayandırıb. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm olduğu kimi qrup mərhələsinədək irəliləyən "qırmızı-qaralar”ın qitə miqyaslı turnirdəki mübarizəsi 162 gün sürüb. İyunun 30-da ilk matçına çıxan komanda dekabrın 8-də keçirdiyi görüşlə mövsümü yekunlaşdırıb.
"Qəbələ”nin avrokuboklardakı 3-cü sınağı bir sıra rekordlar və maraqlı məqamlarla əlamətdar olub.
- "Qəbələ” mövsümdə 14 oyun keçirib. Bu, Azərbaycan klubları üçün rekordun təkrarıdır. "Qırmızı-qaralar” ötən mövsümdə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
- Komanda 14 oyundan 5-də qələbə qazanıb. Bu, Azərbaycan klublarının rekordunun təkrarıdır.
- "Qırmızı-qaralar” digər qarşılaşmalarda 1 heç-heçə edib və 8 dəfə məğlub olub.
- "Qəbələ” bu nəticələrlə UEFA reytinqinə 1,375 xal qazandırıb.
- Komanda 14 oyunda 20 qol vurmaqla Azərbaycan klublarının mütləq rekordunu müəyyənləşdirib. "Qəbələ”nin orta məhsuldarlığı 1,43-ə bərabər olub.
- "Qırmızı-qaralar” bu matçlarda 21 top buraxıb.
- Dmitri Bezotosnı 14 matçdan ikisində qapısını toxunulmaz saxlayıb. "Qəbələ” isə 14 qarşılaşmadan 11-də qol sevinci yaşayıb.
- Təsnifat mərhələsində keçirdiyi 8 oyunda 5 qələbə qazanan "Qəbələ” 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Komanda bu görüşlərdə 15 top vurub, 7-ni buraxıb.
- Azərbaycan futbolu tarixinə bir mövsümə 4 mərhələ adlayan yeganə klub kimi düşən "qırmızı-qaralar” ötən il qeydə alınan bu rekordunu təkrarlayıb.
- "Qəbələ” UEFA Avropa Liqasının tarixində ilk komanda olub ki, ardıcıl 2 dəfə 4 mərhələ adlamaqla qrupa düşüb.
- Fransanın "Lill” klubunu Bakıda 1:0 hesabı ilə məğlub edən "Qəbələ” "Böyük beşlik” çempionatlarının komandasını məğlub edən ilk və yeganə Azərbaycan klubudur. Komanda həmin rəqibi iki matçın cəmində (1:1, 1:0) üstələməklə "Böyük beşlik” klubunu mübarizədən kənarlaşdıran yeganə Azərbaycan təmsilçisi kimi də tarixə düşüb.
- Qrup mərhələsində keçirdiyi bütün oyunlarda uduzan "Qəbələ” 6 məğlubiyyət almasına baxmayaraq, Azərbaycan klubları üçün 2-ci məhsuldarlığa nail olub. Komanda 5 qol vurub, 14-nü buraxıb.
- "Qəbələ”nin oyunlarında cəmi 1 böyükhesablı nəticə qeydə alınıb. "Qırmızı-qaralar” "Samtredia”nı 5:1 hesabı ilə məğlub edib.
- "Qəbələ"nin futbolçuları 1 het-trikə imza atıb. "Samtredia” ilə görüşdə Teo Uiks 3 dəfə fərqlənib.
- Yeganə dubl "Maribor”la matçda fərqlənən Baqali Dabonun hesabındadır.
- Öz meydanında keçirdiyi 7 oyunda 4 qələbə qazanan "Qəbələ” 3 dəfə məğlub olub. Rəqib qapılarına 15 top vuran komanda qapısından 10 top buraxıb.
- Evdə keçirdiyi bütün ev oyunlarında qol vuran Azərbaycan klubları arasında öz meydanında ardıcıl 7 matç rəqib qapısına yol tapan ilk klub kimi rekorda imza atıb.
- Rəqiblərini 6 dəfə 8-ci kilometr qəsəbə stadionunda, 1 dəfə "Dalğa Arena”da qəbul edən komanda oyunlarını ümumilikdə 43 273 tamaşaçı izləyib. Orta seyrçi sayı 6 182-yə bərabər olub.
- 7 səfər oyununda 1 qələbə qazanıb, 1 heç-heçə edən "qırmızı-qaralar” 5 dəfə məğlub olub. 5 qol vuran futbolçular 11 top buraxıb.
Biz İzləyin
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Azərbaycan çempionatında finalçı müəyyənləşdi 18.04.2024, 23:17
Futbolun başını buraxdı, bilyarda keçdi 18.04.2024, 22:56
Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcək 18.04.2024, 21:29
"Zaqatala" 2-0 "Araz Saatlı" - VİDEO 18.04.2024, 20:26
"Qusar"dan böyükhesablı qələbə - II Liqa 18.04.2024, 19:40
"İmişli"dən bərabərlik, liderdən qələbə - I Liqa 18.04.2024, 18:36
Azərbaycanlı hakim Paralimpiadanın yarışlarını idarə edəcək 18.04.2024, 17:10
Ölkəmizi Avropa çempionatında təmsil edəcək şahmatçılar - SİYAHI 18.04.2024, 17:07
Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu 18.04.2024, 16:40
Misli Premyer Liqası
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 22 | 14 | 6 | 2 | 38-14 | 48 |
2 | İmişli | 22 | 12 | 7 | 3 | 34-15 | 43 |
3 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 22 | 9 | 5 | 8 | 26-26 | 32 |
6 | Zaqatala | 22 | 6 | 8 | 8 | 27-28 | 26 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 22 | 4 | 5 | 13 | 26-38 | 17 |
10 | Araz Saatlı | 22 | 3 | 1 | 18 | 22-64 | 10 |