İspaniyanın “Valensiya” klubunun bir üzvü koronavirusa yoluxub.

Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, aparılan son testlərdə futbolçuların birinin nəticəsi pozitiv olub. Adı açıqlanmayan həmin futbolçu ev karantininə alınıb.

“Valensiya” hazırlıqlarını və nəzərdə tutulan yoxlama görüşlərini davam etdirəcək.