Mert Çetin İtaliya klubuna lazım olmadı - "Verona"ya keçdi

96    

İtaliyanın “Roma” klubu Kris Smollinqin ardından daha iki müdafiəçisi ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi Davide Zappakosta və Mert Çetinlə vidalaşıb.

Zappakosta icarə müddəti bitdiyi üçün komandadan gedib. O, müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdıb. İtaliyan sağ cinah müdafiəçisi mövsümün əvvəlindən “Roma”da çıxış edirdi.

Mert Çetin isə “Verona”ya icarəyə göndərilib. Mövsümün əvvəlində “Gənclərbirliyi”ndən transfer olunan 23 yaşlı mərkəz müdafiəçisi “canavarlar”ın heyətində mütəmadi şans qazana bilmirdi. Bu üzdən də o, A Seriyasının digər təmsilçisinə icarəyə getməyi üstün tutub. “Roma” oyunçusunu satınalma şərti ilə bir illik icarəyə verib.

скачать dle 10.4 UTF-8Forex для начинающих


Bizim xəbərlər

Önəmli