"Klub Ukraynaya qayıtmağıma qarşıdır" - "Səbail"in legioneri
"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka "Komanda 1" kanalının suallarını cavablandırıb.
Sportfm.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan çempionatının koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılması sizi təəccübləndirmədi?
- Prinsipcə, yox. Çünki vəziyyət elə gətirdi ki, hər şey belə nəticələndi. Əlbəttə, biz çempionatı oynamaq istəyirdik, amma vəziyyət çətinləşdi və belə qərr qəbul etmək zərurəti yarandı.
- Hazırda Bakıda koronavirusla bağlı vəziyyət necədir?
- Vəziyyət yaxşılaşmır. Şəhər yenidən karantindədir. Küçəyə qısa müddətdə - 2 saatlıq çıxmaq olar. Bu cür qaydalar əvvəl də tətbiq olunub. Xəstəlik azalmır, buna görə də yumşaldılmadan söhbət getmir.
- Futbolçulara hansı tapşırıqlar verilib: Evdə fərdi məşq edirsiniz?
- Məşq yoxdur, icazə vermirlər. Məzuniyyətdəyik, əslində belə də demək olmaz.Ümumiyyətlə, evdə otururam, bacardığım qədər başımı qatıram.
- Ukraynaya qayıtmaq imkanınız yoxdur?
- Ukraynaya çarter reysi ilə uçmaq variantı var. Amma klubumuz qətiyyən buna qarşıdır. Çünki mənim daha 1 illik müqaviləm var. Getsəm, geri qayıtmaq problem olacaq. Hələlik vəziyyət budur. Bəlkə sonra nə isə dəyişər.
- Hazırkı şəraitdə müqavilənizin maliyyə öhdəlikləri yerinə yetirilir?
- Heç kim bu barədə danışmayıb, müzakirə etməmişik. Bildiyim qədərilə bu məsələdə heç bir dəyişiklik olmayacaq. Sözləşmədə nə yazılıbsa, o da olacaq.
- "Qarabağ" çempion elan olundu, "Neftçi" 2-ci, "Keşlə" 3-cü pilləni tutdu. Haqlı qərardır?
- Düşünürəm ki, bəli. Bu 3 komanda cari mövsümdə yaxşı çıxış etdi. Xüsusilə də "Keşlə" çox inkişaf etdi.
- Gələcək planlarınız necədir: Müqavilənizin sonunadək Azərbaycanda qalacaqsınız?
- Bəli, karantin yumşaldılanadək burada gözləyəcəyəm. Ümid edirəm ki, hər şey düzələcək və həyat əvvəlki tərzinə qayıdacaq. Əsas odur ki, insanlar xəstələnməsinlər, bu virusdan ölməsinlər. (Report)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |