Azərbaycandan 16 klub UEFA-nın reytinq siyahısında - son 50 il

126    

Futbol üzrə Avropa Liqası (keçmiş UEFA Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

Sportfm.az xəbər verir ki, son 50 illiyin siyahısına Azərbaycanın 16 klubu düşüb.

Təmsilçilərimizdən ən yaxşı göstərici "Qarabağ"a məxsusdu. Belə ki, 69 xalı olan Ağdam təmsilçisi 983 klub arasında 118-ci pillədə qərarlaşıb.

İkinci ən yaxşı göstərici aktivində 34 xalı olan "Neftçi"yə məxsusdu - 216-cı yer. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Qəbələ"yə (27 xal) məxsusdu. "Qırmızı-qaralar" 248-ci pillənin sahibidi.

Azərbaycanın bütün komandalarının reytinq sıralaması:

1) 118. "Qarabağ" - 69 xal

2) 216. "Neftçi" - 34 xal

3) 248. "Qəbələ" - 27 xal

4) 471. "Xəzər Lənkəran" - 10 xal

5) 601. "Zirə" - 5 xal

6) 606. "Karvan" - 5 xal

7) 631. "Bakı" - 5 xal

8) 715. "Kəpəz" - 3 xal

9) 758. "Olimpik-Şüvəlan" (AZAL) - 2 xal

10) 819. "MKT Araz" - 1 xal

11) 861. "Xəzri Buzovna" - 1 xal

12) 876. "Səbail" - xalsız

13) 902. "Simurq" - xalsız

14) 939. "Turan" - xalsız

15) 940. "Şəfa" - xalsız

16) 950 "Şəmkir" - xalsız

Qeyd edək ki, 1971-ci ildən keçirilən UEFA kuboku 2009-cu ildən Avropa Liqası adlanır. Azərbaycan təmsilçiləri bu yarışda 1994/95 mövsümündən mübarizə aparır. Bu turnirdəki ilk təmsilçimiz isə "Turan" olub.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих


Bizim xəbərlər

Önəmli