Eynəkli dahi - PORTRET
Mənim üçün artıq nostaljı sayılan, 2000-ci illərin əvvəlindəki futbolun xarizmatik futbolçularından biri, hollandiyalı bəstəboy Edqar Davidsdir. Onun peşəkar futbola qədər olan həyatı, oynadığı dövrlər və futboldan sonrakı, yəni bu günkü həyatı ilə bağlı yazını sizlərə təqdim edirəm.
Cəld, mübariz, fiziki olaraq güclü, sürətli, çılğın və ən əsası bəstəboy olduğuna görə, Lui van Qal tərəfindən "Pit bul" ləqəbi alır.
Futbolçunu digərlərindən fərqləndirən cəhətlərindən biri onun meydanda daima eynəklə çıxış etməsi idi. Futbolda yeganə "eynəkli adam" kimi tanınması xəstəliklə əlaqədar baş vermişdir. 1995-ci baş verən zədə səbəbiylə sağ gözündə qlaukoma aşkar edilir və Davids əməliyyat olunur. Ancaq o vaxtdan bəri futbolçunun qara eynəyə mütləq şəkildə ehtiyac olduğu məlum olur. FİFA xüsusi fərmanla Davidsə "qadağan edilmiş" dərman qəbul etməyə və "təhlükəsiz" eynəklərlə oynamağa icazə verir.
Edqar Stiven Davids, Surinamdan olan fəhlə və xadimənin ailəsində dünyaya göz açır. Davidsin orta təhsildən başqa heç bir ali təhsili yoxdur. Surinamın paytaxtı Paramaribo-da anadan olub, ancaq valideynləri ilə birlikdə Hollandiyaya, Amsterdama köçür və orada böyüyür. Edqar Amsterdamın şimal və ən əlverişsiz bölgəsində yaşayırdı. Küçədə böyüyür və qara dərililərdən ibarət xuliqan dəstəsini idarə edirdi. Küçədə sürülən avara həyatından başqa top qovmaqda onun ən başlıca işi olur. Və budur, Ayaks klubunun skautları bu futbolçunu görür, onun gələcək potensialına inanır və onu klubun akademiyasına dəvət edirlər. Ayaksda da dərhal digər Surinamlılarla, xüsusən Klarens Zeedorf və Patrik Klyuvert ilə dostlaşır. Futbolçular klubda "yeni dalğa"-nın əsas təşkilatçılarından olur. Bir-birlərini daima müdafiə edir, istər real, istər xəyali olsun, istərsə də irqçi fəndlərə acı reaksiya verir və məşqçilərlə elədə yaxşı münasibət qurmurlar.
Kəskin və gözəl oyun keyfiyyətləri ilə yanaşı Davids klubda çılğın və sərt xasiyyəti ilə yadda qalmışdır. Klub yoldaşlarını müdafiə edərək rəqib futbolçularla əlbəyaxa davaya çıxır, sərt oyuna görə rəqibləri təhqir edir və lazım gələrsə "şapalaqlayır". Hətta bir dəfə rəqib komandanın fanatının burnunu sındırmışdır. Səbəb isə - onun klub yoldaşının ünvanına edilən təhqir.
Artıq 17 yaşında Davids Ayaksın əsas futbolçusuna çevrilir və 1992-ci ildə UEFA kubokunu qazanır.
24 yaşında, onun kuboklar kolleksiyasına - Çempionlar Kuboku (indiki ÇL kuboku), Avropa Super Kuboku, Qitələrarası Kubok daxil idi. Bundan əlavə, üç dəfə Hollandiya çempionu olmuş və bir dəfə Hollandiya kubokunu qazanmışdır.
1996-cı ildə göz zədəsini yenicə sağaldmışdır ki, Avropa çempionatına getməli olur. İlk çempionat matçını solğun keçirir və növbəti oyun əsas heyətdən çıxarılır. Dərhal Hiddink ilə qarşıdurma yaşayır və sonra 2 il milli komandadan didərgin düşür. 96-cı il avropa çempionatı ərəfəsində Davids, Real Madrid və MY-in təklifini rədd edərək Ayaksı Milana dəyişdir. Ancaq orada işlər futbolçu üçün yaxşı getmir. Davids ayağını sındırır, Milanın küçələrində davalar salır, klub yoldaşları ilə dava edir və Fabio Kapello ilə münasibətləri kəskinləşir.
Davids: "AC Milan-a gəlmək böyük bir səhv idi. Klub fəaliyyətimdəki ən acı təcrübə idi. Ancaq bu vəziyyətdə özüm üçün müsbət bir şey çıxarmağa çalışdım. Dünya səviyyəli bir futbolçu olduğumu başa düşdüm və özümü nəzarətdə saxlamağa başladım."
97/98 mövsümünün ortasında çempionlar liqasının həlledici mərhələsindən əvvəl heyətini gücləndirmək məqsədi ilə Yuventus Davidsi öz sıralarlna qatır. "Ağ-qaraların" heyətində Davids, ən yaxşılardan olmağı bacarır.
Silvio Berluskoni: "Davidsin oyununu görəndə mənim ürəyim daha tez çırpınmağa başlayır. Belə bir futbolçunu əldən verdiyimizə inana bilmirəm".
Fransada keçirilən 98-ci il dünya çempionatında Hiddink, arada olan münasibət soyuqluğuna baxmayaraq, Davidsi milli komandanın heyətinə dəvət edir. Davidsin parlaq oyununun müqabilində bunu etməmək, ağılsızlıq olardı. Bəli, bu çağırış öz bəhrəsini verir. Yuqoslaviyaya qarşı keçirilən oyunda, son dəqiqələrdə məhz Davidsin güclü zərbə ilə vurduğu qol, Hollandıya millisini 1/4 finala çıxarır.
98/99 mövsümündə Yuventusda də böyük problemlər yaranır, amma Edqar tərəfdaşları ilə hər şeyə dözür və qısa müddətdə (2002/03-cü illərdə) İtaliya çempionu olmağı bacarır.
2004-cü ildə Marçello Lippi fiziki vəziyyətinin pis olması səbəbiylə, Davidsi əsas heyətdən çıxarır. Məhz həmin dövrdə Davids, icarə əsasında Barselonaya keçməyə qərar verir. Barselonanın çətin bir dövründə Edqar, klub üçün ən əlverişli seçim idi. Həmin dpvrdə katalonların baş məşqçisi, Davidsin sevimlisi Raykard idi.
Katalonların heyətində olduqca gözəl oyun keçirən Davids, kluba yeni oyun üslubu gətirdi desəm yanılmaram. Əks-hücumların qurulmasında olduqca gözəl iştrak edir, meydanı əla görür və anında lazım olan ötürmələri edirdi. Davidsin gəlişindən sonra klubun qələbələrinin sayı əməllicə başlıca artmağa başladı. "el Clasico"-lardan birində, meydanın mərkəzi tam olaraq Davidsə məxsus idi. Davids Barselonada cox az oyun keçirir lakin, Barselona dövrünü olduqca gözəl şəkildə keçirir və klubu, turnir cədvəlində ikinci yerə qaldırır.
Barselonadan sonra italyanın "İnternazionale" (2004/05) və İngilitərənin "Tottenham Hotspur" (2005/07) klublarında oyun keçirir. 2007-ci ilin qışında Ayaksa qayıdır və kluba Hollandiya kubokunu qazanmasına köməklik edir.
2010-cu ildən 2013-cü ilədək, ingiltərənin "Kristal Pelas" və "Barnet" klublarında, elədə yadda qalmayan çıxışlarından sonra, futbolçu karyerasını başa vurur.
Covanni Van Bronxorst: "Əvəzolunmaz yarımmüdafiəçidir. İlk dəfə onu Ayaksın bir hissəsi olaraq gördüm - o, məndən bir neçə yaş böyük idi, amma o zaman da böyük bacarıqları və heyranedici driblinqi var idi. Topu necə qazanacağını bilən, komandanın hər zaman birinci olduğunu anlayan bir oyunçu olaraq. Roy Kin kimi Edqar da hər hansı bir komandanın inanılmaz ruhudur."
Patrick Kluivert: "Çox vacib bir orta sahə oyunçusudur, top üçün çox aqressiv və eyni zamanda düzgün mübarizə aparır. Edqar Davids kimi oyunçuya hər bir komandanın ehtiyacı var. Mənə onun tərzi xoş gəlir. O, çox yaxşı dostdur. "
Mario Melkiot: "Edqara hər zaman etibar edirəm. Düşünürəm ki, ən yaxşı yarımmüdafiəçilərdən biridir. Sol ayağını əla idarə edir, bacarıqlıdır, meydanda vuruşur və əzmkardır. Bəlkə də kiçikdir, amma bu kiçik "roket"-də hər şey var. Nə vaxt müdafiə edəcəyimizi, nə vaxt hücum edəcəyimizi bilir. Həqiqətən topa sahib olmaq istədiyi zaman, arı kimi qalib gələnə qədər ətrafınızda fırlanır."
Edqar Davids, küçə futbolunun qatı fanatıdır.
Zidan: "Küçədə futbol oynayan uşaqları görəndə, avtomobilini saxlayıb onlara qoşulmağa çalışırdı və mənə deyirdi: Bizdə səninlə belə küçələrdən çıxmışıq indi isə gəl, bizim oyunları seyr etməyə imkanı olmayan uşaqlarla birlikdə oynayaq". O məni valeh edirdi."
Hazırda, keçmiş futbolçu öz biznesi ilə məşğuldur və küçə futbolu üçün (pulsuz) meydançalar tikdirir.
Çalışqan, mübariz, sonadək oynayan, rəqibdən əl çəkməyən, sərt, çılğın və davakar futbolçu kimi yaddaşlarımıza həkk olunsada, hər zaman sözün düzünü deməyə çalışıb və futbolda ədalətin barqərar olmasənı arzulayıb. Milli komandanın baş məşqçisinə "Bəzi gutbolçulara girənlik etmə!" deməyə hər bir futbolçu risk etməzdi, Davids etdi.
Müasir futbolda Davids kimi futbolçuya ehtiyac var, amma digər bir tərəfdən düşünürəm ki, olmasa yaxşıdır. Müasir futbol incələşib, qaydalar sərtləşib, futbol robotlaşır. Məncə Davids bu cür dəymədüşərlərin və gülməşəkərlərin içərisində, kompyuterləşmiş futbolun abu-havasında, əsəbdən başqa bir şey qazanmazdı.
Emin Şəmsiyev
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |